Küncütün xüsusiyyətlərini bilirdiniz mi?
Küncütün harda bitdiğini bilirdiniz mi?
Küncütün xüsusiyyətləri
Küncütün uzun yarpaq saplaqları olur, çiçəkləri bir növ zınqırovu xatırladır, öz-özünə tozlanan bitkidir. Meyvəsi 4 və 8 üzlü qutudan ibarətdir, hər bitkidə 100-150 qutu olur. Yetişəndə qutu aralanır və hər qutuda 70-80 toxum olur. Xırda toxumlar yastı, ağ, boz, qonur və qara rəngli olur. Min ədədinin kütləsi 3-5 qram arasında dəyişir.
Qabığı təmizlənəndən sonra halva hazırlanır, toxumlarından isə konfet və Şərq şirniyyatları.
Küncüt hansı vitaminlərlə zəngindir?
Yağ və enerji dəyəri çox yüksək olan küncüt protein, kalsium, maqnezium, natrium, minerallar və B vitamini ilə zəngindir, xərçəng və yaşlanma əleyhinə təsir göstərir.
Küncüt həzmi asanlaşdırır, immuniteti möhkəmləndirir, qanazlığını, qəbizliyi və böyrək iltihabını aradan qaldırır, ishalın qarşısını alır, beyin fəaliyyətini nizamlayır, yüksək təzyiqi aşağı salır, göbələk xəstəliklərinin qarşısını alır, sümük əriməsinin qarşısını alır, revmatizm ağrılarını aradan qaldırır.
Çiy küncüt südü zəngin vitamin və mineral qaynağı olduğuna görə orqanizm üçün çox faydalıdır.
Badam südü kimi küncüt südü də inək südünü əvəz edir. Gün ərzində 1 finçan küncüt südü içmək məsləhətdir. O kalsium ehtiyacı olanlara yaxşı təsir edir.