Kür çayı quruyur – Xəzərin duzlu suyu Kürə axır

Azırbaycanın əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsinin kəskin azalması içməli su problemini yaradıb.

Bir neçə gün əvvəl ictimai fəal Samir Əsədli sosial şəbəkə hesabında Salyan rayonunda qarşılaşdığı bir faktla bağlı status paylaşıb. Paylaşımda Kür çayında suyun azalmasını və şoranlaşmanı qeyd edən ictimai fəal fotoşəkillər paylaşıb.

Agroexpert.az xəbər verir ki, Samir Əsədlinin paylaşımında Kür çayının suyunun azaldığı və nəticədə çayda kiçik adalar yarandığı görünür:

kür quruyur agroexpert.az

“Ölkə yeni bir təbii fəlakət astanasındadır. Kür çayında suyun səviyyəsi azalmaqda davam edir, bunun nəticəsində Xəzərin duzlu suyu Kürə axır və bu duzlu su getdikcə irəlləməkdədir. Artıq 30 km-dən artıq məsafədə Kürün suyu duzlaşıb. Problem Neftçala rayon hüdudlarını aşmaqdadır. Kənd təsərrüfatı, əkin sahələri məhv olur. İnsanlar uzun su növbələrində qalır, heyvanlar və quşlar içməyə su tapmır. İri buynuzlu heyvanlar suzuzluqdan ölürlər. Kürün quruması təkcə Neftçala üçün yox, ölkə üçün ciddi problemə çevrilir. Hələ ki, ciddi nəticə yoxdur. Ekoloji problem hər gün böyüyür”.

Kür çayında suyun azalmasına diqqət çəkən ictimai fəal ötən gün  sosial şəbəkə hesabında bununla bağlı yeni paylaşım edib.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən suvarılma ilə bağlı aparılan elektron müraciətdən xəbərdarsınızmı?

Ölkənin ilk özəl pilot taxılçılıq təsərrüfatında su problemi

Son günlər yağan yağışlar Kür çayına az da olsa müsbət təsir edib.

“Artıq Kürün suyu duzlaşmadan az da olsa qurtulub. Dostlar məlumat verdi ki, şirin su Xıllı qəsəbəsinə kimi gəlib. Bu templə davam etsə iki günə mənsəbinə çatacaq. Son iki gündə yağan yağışın az da olsa nəticəsi olub. Ümid edək ki, bu günlərdə Neftçalaya da yağış yağar”.

Samir Əsədlinin problemi gündəm etməyindən sonra yaranmış vəziyyəti Azərsu Açıq Səhmdar Cəmiyyəti də təsdiqləyib.

Qurumdan verilən məlumata görə, Azərsunun və Neftçala Rayon İcra Hakimiyyətinin 10-dan artıq avtomobili vasitəsi ilə su daşınması həyata keçirilir.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Dilqəm Şərifov Kür çayında suyun azalması təbii səbəblərlə bağlı olduğunu və çayda suyun səviyyəsi azalıb deyə Xəzərdən gələn su müəyyən müddət orada problem yaratdığını bildirib.

Qurum yaranmış bu problemin aradan qalxmaqda olduğunu açıqlayıb.

Qeyd edək ki, bu problem kənd təsərrüfatına böyük ziyan vurur, rayonlarda əkin sahələrinin suvarılmasında çətinliklər yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика