Kür çayında suyun səviyyəsi qalxır

Bildiyimiz kimi, ölkənin ən böyük çayı olan və su təchizatında əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsinin kəskin azalması baş vermişdi. Bu isə içməli su problemi ilə yanaşı, suvarılan torpaqların su çatışmazlığından quruması ilə nəticələnmişdi. Son günlərdə yağıntıların artması səbəbiylə Kür çayında səviyyə dəyişikliyi baş verib.

Kür çayının aşağı axınında müsbət tendensiya müşahidə edilir
kür çayı suyun səviyyəsi artıb agroexpert.az

30 Avqust 2020, 18:49Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqust ayının üçüncü ongünlüyündə yağıntıların aylıq normadan çox olması Kür çayının aşağı axınında səviyyənin artması ilə nəticələnib. Belə ki,

  • avqustun 23-dən 26-dək səviyyə Kür-Surrada 140 sm, 
  • avqustun 25-dən 28-dək Şirvanda 146 sm,
  • avqustun 24-dən 28-dək Salyanda isə 143 sm artıb. 

Salyan və Neftçala rayonları ərazisində Kür çayı üzrə 14 məntəqədən götürülən su nümunələrinin analizi göstərir ki Salyan rayonu ərazisində Qaraqaşlı məntəqəsində, Neftçala rayonu ərazisində Xocalı, Ərəbqardaşbəyli, Surra, Kürqarabucaq, Qaralı, Dördlər, Xıllı, Qaravəlli, Uzunbabalı, Seyidlər, Bankə qəsəbəsi, Oryad və Mayak 1 məntəqələrində duzluluq 0.5-0,9 q/l, yəni norma daxilində olub.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673