Kürdəmir rayonunda epizootiya əleyhinə peyvəndləmə tədbirləri davam etdirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət olunmaqla, ölkə ərazisində təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda Kürdəmir rayonunda aparılan işlər “Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı”na uyğun həyata keçirilir. Rayon ərazisində iri və xırdabuynuzlu heyvanlarda bruselyoz, dabaq  və ev quşlarında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə işi davam etdirilir. Artıq Kürdəmir rayonunda qarayara, nodulyar dermatit, leptospiroz, çiçək və quduzluq kimi xəstəliklərə qarşı vaksinasiya tədbirləri yekunlaşıb.

2020-ci ilin 10 ayı ərzində Kürdəmir rayonunun təsərrüfatlarında 125048 (o cümlədən 17500 baş cavanlarda) baş xırdabuynuzlu heyvanlarda çiçək, 100 baş donuzda taun, 60224 baş (o cümlədən 8669 baş cavanlarda)  iribuynuzlu heyvanda nodulyar dermatit, 400 baş  iribuynuzlu heyvanda leptezpiroz, 68546 baş (o cümlədən 13205 baş cavanlarda) iribuynuzlu, 107487 baş xırdabuynuzlu, 753 baş təkdırnaqlı heyvanda və 100 baş donuzda qarayara, 4950 baş itdə quduzluq, 63975 baş (o cümlədən 3422 baş cavanlarda) iribuynuzlu, 97556 baş xırdabuynuzlu heyvanda dabaq, 17139 baş iribuynuzlu (“Şt-19” ştammı ilə), 46498 baş xırdabuynuzlu heyvanlarda (“Rev-1” ştammı ilə) bruselyoz, 1196607 baş körpə cücədə (“La-sota” ştammı ilə) və 1187396 baş quşda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb.

Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyini aşkara çıxarmaq məqsədi ilə qan nümunələri götürülür. Belə ki, 715 baş iribuynuzlu və 1667 baş xırdabuynuzlu heyvandan bruselyozun müayinəsi üçün qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib.

Müvafiq dövr ərzində Kürdəmir rayonunda aparılan peyvəndləmə və invazion xəstəliklər əleyhinə həyata keçirilən tədbirlərlə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya işləri də diqqətdə saxlanılıb. Rayonda baytar mütəxəssisləri tərəfindən 2965 obyektin 62868 kvadratmetr sahəsində profilaktik dezinfeksiya işləri həyata keçirilib.

Məlumat üçün qeyd edək ki, heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “Soyuq zəncir” rejiminə riayət olunmaqla aparılır. Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673