Küsdüm otu bitkisi

agroexpert_Küsdüm otu bitkisiKüsdüm otunun çox maraqlı müdafiə sistemi var. Bu bitkinin yarpaqlarına toxunduqda bir neçə saniyə ərzində, sapla birlikdə yarpaqlarının gövdəyə doğru əyildiyini görürük. Əgər bitkini narahat edən təsir davam etsə bu dəfə küsdüm otu aşağıya doğru ikinci bir hərəkətlə gövdəsinin üzərindəki iti tikanları ortaya çıxarır. Bu da böcəkləri qaçırmaq üçün kifayətdir.

Bitkidəki bu hərəkəti reallaşdıran mexanizm elektrik cərəyanları ilə başlayır. Bu axın insan bədənindəki sinirlərdən keçən axın kimidir. Bitkinin reaksiyaları bizdə olduğu qədər sürətli deyil. Bununla birlikdə bitki özünü daşıyan kanallar vasitəsilə çatdırılan elektrik siqnalları 30 santimetrlik məsafəni bir-iki saniyəyə keçir. İstilik nə qədər yüksək olsa, reaksiya o qədər sürətli olur. Hər bir yarpağın dibi (yarpağın sapı ilə birləşdiyi yerdə) olduqca qabarıqdır. Buradakı hüceyrələr maye ilə doludur.

Xəbərdarlıq bura çatdığı zaman yarpağın dibindəki qabarıqlığın alt yarısı birdən suyunu boşaldır və eyni anda digər üst hissə bu suyu özünə çəkir. Və yarpaq aşağıya doğru düşür. Beləlikə xəbərdarlıq saplar boyunca irəliləyərkən, yarpaqlar domino daşları kimi tək-tək, dalba-dal bağlanır. Bu şəkildə müdafiə reaksiyasından sonra bitkinin təkrar hüceyrələrini doldurub, yarpaqlarını aça bilməsi üçün 20 dəqiqə lazımdır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107