Küveytdə yeni “şaquli fermalar” fəaliyyətə başlayacaq

Texnoloji startup olan “&ever” Küveytdə ilk ticari şaquli fermanın açılacağını elan etdi.

Müəssisənin istehsal sahəsi təxminən 3 min kvadrat metr olacağı bildirilib. Bu da şirkətə gündəlik 550 kq kahı və digər göyərtilər istehsal etməyə imkan verəcəkdir

Yeni şaquli ferma “&ever”, “Nox Management” və “İFA” şirkətlər qrupunun birgə layihəsi olacaq. Qeyd edək ki, “İFA” şirkətlər qrupu Yaxın Şərq ölkələrinə qida və içki məhsulları tədarük etməklə məşğul olurş

Əvvəllər tamamilə Avropadan və başqa ölkələrdən kahı və göyərti idxalından asılı olan Küveyt artıq Dryponics texnologiyasından istifadə edərək təxminən 250 növ və çeşid göyərti istehsal edə biləcək.

Şaquli ferma növünün səhra ölkəsi üçün başqa bir faydası ənənəvi istehsalla müqayisədə 90% daha az su ehtiyatından, həmçinin 60% az gübrə və pestisidlərdən istifadə edilməsidir.

“&ever“  layihəsinin məqsədi enerjiyə ən çox qənaət edən şaquli ferma, həmçinin ekoloji cəhətdən ən zərərsiz təsərrüfat statusunu qazanmaqdır. Şirkət nümayəndələrinin özlərinin dediyinə görə, Şaquli ferma üçün nəzərdə tutulmuş Dryponics texnologiyası bitkiləri diri saxlayır və kökləri qidada istifadə olunacağı ana qədər etibarən qoruyur.

Ənənəvi yanaşmalarda isə göyərti ümumiyyətlə sanitarizasiya, soyutma, qablaşdırma, minlərlə kilometrə çatdırılma zamanı qidalandırıcı xüsusiyyətlərini itirir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669