Las-Veqas üçün əla biznes-ideya.

Azərbaycan insanı zəkidir. Amma nədənsə bu zəkamız Rusiyada “lavka”, Amerikada isə Amazon kuryerliyindən o tərəf çox keçmir. Bəli, haqlısınız! Bütün bunlar üçün bir çox səbəb və bəhanə saymaq olar. Amerikada iş qurmaq üçün böyük sərmayə lazımdır, kanal lazımdır. Bu gün bəhanə yox, əla bir biznes ideyadan bəhs edəcəyik. Ümid edirik atılım və riski sevən iş adamlarımız üçün bu yazı maraqlı və faydalı olacaq.

Yuxarıda da qeyd etdiyiniz kimi, Amerikada iş qurmaq çətindir. Amma böyük şəhərlərin də öz ehtiyacları var və bəzən bu ehtiyac ödənə bilməyəcək qədər böyük olur. Məsələn, böyük şəhərlərdə ərzaq təminatı, xüsusilə təzə tərəvəz və göyərti çatdırılması çox yaxşı ideya ola bilər. Böyük şəhərlərdə restoran və kafe çox olur, buralarda isə tərəvəz və göyərtiyə çox tələb çox olur. Tərəvəz və göyərtini böyük şəhərlərə təzə şəkildə çatdırmaq qəliz məsələdir. Ona görə son vaxtlar şaquli fermalar dəbə düşməyə başlayıb. Bu haqda Zirzəmidə biznes adlı bir yazımızda da bəhs etmişdik.

amerikada iş

Las-Veqasdan 10 km məsafədə çox böyük şaquli ferma tikilir. Oasis Biotech adlı layihə işıq lampaları istehsal edən bir Çin şirkəti tərəfindən maliyələşdirilir. Layihə 30 milyon $ dəyərindədir.
Ferma 90% daha az su və 50% daha az elektrik enerjisi istifadə edəcək və Las-Veqas restoranları üçün gündəlik 9,5 min göyərti porsiyası istehsal edəcək.

İndi əsas nüans burdadır: Las-Veqas dünyada ən çox elit restoran sıxlığına malik şəhərdir. Bu müəssisələr isə tamamilə təzə və keyfiyyətli məhsullar tələb edir. Şaquli ferma isə yaxında yerləşdiyi üçün, təzə tərəvəzin tez çatdırılmasında rəqibsizdir, bir sutkadan da az. Həm də yer az tutduğu üçün kirayə xərcləri də minimal olur.  Həmçinin nəzərə almaq lazımdır ki, Amerikada biznes üçün kredit şərtləri çox sərfəlidir.

Şaquli ferma

Hidropon fermanın ümumi sahəsi 20 min kv.m-dir bu isə 50 ha ənənəvi əkindəki qədər tərəvəz əkməyə imkan verir. İlk mərtəbədə (5,6 min kv.m) göyərti əkiləcək. İkinci mərtəbə sonrakı il əkiləcək və orda çiyələk və tərəvəz yetişdiriləcək. 
Əkində aqrokimya istifadə olunmur. Bina filtr və ultrabənövşəyi işıqlandırma ilə təchiz edilib ki, bu da ekoloji təmiz məhsul əldə etməyə imkan verir. Çin şirkəti layihəyə 30 milyon $ yatırıb və artıq gələn il qazanc əldə edəcəkləri gözlənilir.
İstehsalatda 130 adam çalışır. Məhsul əllə yığılır. Amma müəssisə tam avtomatlaşdırılacaq. Fermada tərəvəzlər 3-4 dəfə daha tez böyüyür. İl boyu istehsal olacaq.

Oasis Biotech -in müdiri Brok Li deyir ki, yerli nəhəng aqroməhsul distribüterləri ilə əməkdaşlıq edəcəklər, hansılar ki, bazarın 80%-nə nəzarət edirlər.
Həmçinin bu layihə çinli iş adamları üçün Amerika bazarına girişmək üçün də bir şansdır.
Nəhəng şaquli fermalar bütün dünyada tikilir. Bu yaxınlarda Dubayda ən böyük şaquli ferma tikiləcək. Çox ümid edirəm ki, Amerikada iş qurmaq istəyən bizim işgüzar insanlarımız digər böyük meqapolislərdə bu cür layihələr həyata keçirər.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!