Lənkəranda kələm sovkasına qarşı mübarizə

Lənkəran rayonu ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli hesab edilən zərərvericilərə və xəstəliklərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Kələm sovkasına qarşı mübarizə tədbirləri başlayıb

kələm sovkasıKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən, aşağıda qeyd etdiyimiz kəndlərdə əhatə edən 32 hektar kələm sahəsində fitosanitar müşahidələr həyata keçirilib və 10 hektar sahənin kələm sovkası ilə sirayətləndiyi müəyyən edilib.

  • Bolədi;
  • Xlmoli;
  • Girdəni;
  • Veravul;
  • Vilvan;
  • Separədi.

Lənkəran rayonu Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssislərinin verdiyi tövsiyələr əsasında təsərrüfat subyektləri tərəfindən 6 hektar sahədə kimyəvi mübarizə tədbirləri başlayıb. Mübarizə zamanı Supermetrin tərkibli Arivo (200 qr/1 ha) və Primfos-metil tərkibli Aktellik-K (500 qr/1 ha) preparatlarından istifadə olunub.

Tədbirlər necə aparılır?

kələm sovkasıKəpənəklər dəstəsinin Sovkalar fəsiləsinə aid olan kələm sovkası Azərbaycan şəraitində 2-3 nəsil verir və pup mərhələsində qışlayır.

Puplara əsasən torpağın 6-8 sm dərlinyində rast gəlinir. Quraq keçən illərdə nisbətən torpağın 10-15 sm dərinliyində qışlayırlar. I nəsil kəpənəklərin yumurtaqoyma müddəti may ayının üçüncü ongünlüyündə müşahidə edilir.

Kütləvi yumurtaqoyma dövrü iyun ayının axırına qədər davam edir. Dişilər öz yumurtalarını kələm yarpaqlarının alt səthinə topa halda qoyurlar. Hər yumurta topasında 10-dan 180-ə qədər yumurta olur. Kələm sovkasının yumurtaqoyma məhsuldarlığı çox yüksəkdir.

Laboratoriya şəraitində bir dişi kəpənək 600-dən 2500-ə qədər, orta hesabla 1500-2000 yumurta qoya bilir. Yumurtaların inkişafı may ayının üçüncü ongünlüyündə və iyun ayının birinci ongünlüyündə 6-8 günə başa çatır. Yumurtadan tırtılların çıxması iyun ayında müşahidə edilir.

Kələm sovkası digər ölkələrdə

Kələm sovkası bütün MDB ölkələrində, eləcə də Rusiyanın Sankt-Peterburq, Moskva, Pskov, Yaroslavl, Kostroma şəhərlərində yayılaraq əkin sahələrinə  kütləvi zərər vurub.

Azərbaycanda, əsasən də düzən, dağətəyi və dağlıq zonalarında 520 növ sovka yayılıb ki, onlardan 80 növü müxtəlif kənd təsərrüfatı bitkilərinə zərər verir. Quba-Xaçmaz bölgəsində mövcud olan 18 növ zərərli sovkanın 6 növü xaççiçəkli bitkilərə zərər verir.

Əkin sahələrinin adı çəkilən zərərverici ilə sirayətlənməsinin qarşısını almaq üçün şitillər erkən əkilməli, bitkiyə yaxşı qulluq edilməli və alaqlarla müntəzəm mübarizə aparılmalıdır.

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!