Leqart qaz cinsi

Bu qaz cinsi Avropa, Rusiya , Ukrayinada çox populyar olduğu üçün haqqında məqalə yazmağa qərar verdim. Leqart Danimarkada əldə edilmiş orta ölçülü qaz cinsidir. Diri çəkisi 7-8 kq-a kimi olur. Tükləri ağ, qarnında az yağ, dimdiyi normal ölçülü, gözləri göy rəngdə olur.
Leqart qaz cinsi ildə 30-40 yumurta verir, bunlardan 17-20 bala alınır. Bu qaz cinsinin əsas özəlliyi yemi çox effektiv istifadə etməsidir. Belə ki, bu qazın balaları 2 ayda 5,5-6,3 kq-a kimi çəki yığırlar. Həmçinin bu qaz cinsi bütün həmcinsləri arasında ən dözümlüsü hesab olunur. Leqart qazının tükü də yüksək keyfiyyətli hesab edilir. Beləliklə, bu qaz cinsini, quşbaşına ət istehsalına görə ən yaxşısı saymaq olar.
Müqayisə üçün deyə bilərəm ki, bizim məşğul olduğumuz Linda cinsinə çox bənzəyir bir çox özəllikləri. Sadəcə dimdikləri çox fərqlidir. Linda da 7-8 kq-a kimi olur. Amma Leqart qaz cinsi daha az yeyir və daha qısa (2 ay) müddətdə 5-6 kq çəkini yığır ki, bu da quşçuluq biznesi nöqteyi-nəzərdən çox əhəmiyyətlidir. Linda 3-4 aya (normal yemlədikdə) 5-6 kq çəki yığır.
Leqart qaz cinsi yemləmə
Danimarka qazı gündə 2 kq yaşıl ot yeyir. Otluq sahə və göl (vəya çay) kənarında ferma qurub bu bizneslə məşğul olmaq daha çox gəlir gətirəcək. Yay vaxtı qazların günəşdən gizlənə bilməsi üçün kölgəlik və ya ağac olsa yaxşı olar. Qış vaxtı qazların qalması üçün hin tikin. İmkan olsa balalar üçün ayrıca da hin düzəldin.
Qış vaxtı yem kimi yonca, lyucern istifadə olunur. Eynu zamanda bir qaz üçün 20 kq saman, 30 kq çuğundur, kök və yer armudu hazırlamaq lazımdır. Qeyd edək ki, yer armudu (topinambur) qazlar üçün əla yemdir. Qazlar yerarmudu ilə yemləndikdə az xəstələnirlər (onsuz da qazlar xəstəliklərə dözümlü heyvandır) və tez çəki yığırlar.
Bu qazın peyini də gəlir gətirir. Tərkibi kalium, fosfor və azotla zəngindir.
Leqart cins qazlarının artırılması həyətyanı sahədə (bağ evi, kənd həyəti) iş, biznes görmək üçün əla ideyadır. Bu biznes sizə həm gəlir gətirə bilər, həm il boyu qaz əti ilə özünüzü təmin edə bilərsiniz.
Digər qaz cinsləri haqqında digər məqaləmizdə məlumat əldə edə bilərsiniz.
Mənbə: agroinfo.com
I just updated my site with a new list. I hope you all are having a great week.
Saved as a favorite, I like your web site!
Pingback: bracelets
Pingback: Google