Ləziz balıq mantısı(RESEPT)

“Balıqdan heç mantı olarmı? deməyin. Elə olur ki, dadına doyum olmur. Balığın yumşaq əti ilə birləşən xəmirdən möhtəşəm bir ləzzət ortaya çıxır. Balığı çox sevməyənlər və fərqli bir resept axtaranlar üçün ideal seçimdir. Agroexpert.az  ləzzətli balıq mantısı reseptini təqdim edir.

balıq mantısı

Tərkibi:

Xəmiri üçün:
  • 250 qr un
  • 250 qr buğda nişastası
  • 8 çay qaşığı qarğıdalı nişastası
  • 2 xörək qaşığı marqarin
  • 2 stəkan su
İçlik üçün :
  • 2 ədəd ləvrək balığının filesi
  • 2 ədəd təzə yaşıl soğan
  • yarım dəstə cəfəri
  • yarım dəstə şüyüd
  • 100 qr rəndələnmiş Holland pendiri
  • 1 çay qaşığı acı xardal
  • 2 çay qaşığı soya sousu
Hazılanma qaydası:

İçlik üçün ilk öncə sümüksüz balıq filesini mətbəx robotunda xırdalayın. Yuyub suyu süzülümüş cəfəri,yaşıl soğan və şüyüdü xırda doğrayın. Bir qabda çəkilmiş balıq filesi,xırda doğranmış göyərtilər, rəndələnmiş Holland pendiri, soya sousu və xardalı qarışdıraraq içliyi hazırlayın.

Xəmiri üçün buğda nişastası və qarğıdalı nişastanı bir qaba töküb orta hissəsindən bir çuxur açın. Bu çuxura qaynamış 2 stəkan su əlavə edib taxta bir qaşıqla qarışdırın və soyumağa buraxın. Daha sonra hamar bir xəmir əldə edənə qədər yoğurun. Xəmiri 5-6 dəqiqəlik dincəlməyə qoyun. Daha sonra içərisinə 2 xörək qaşığı yumşaldılmış marqarini əlavə edib 2-3 dəqiqə yoğurun. Bu xəmirdən qoz böyüklüyündə kündələr qopardın. Dəzgahın üzərinə 2-3 xörək qaşığı buğda nişastası səpin. Kündələrin hər birini bir kiçik ölçülü nəlbəki böyüklüyündə əlinizlə basaraq yayın. Xəmirin orta hissəsinə hazırladığınız balıqlı içlikdən bir çay qaşığı qoyun. Qapalı bir boxça şəklini vermək üçün xəmiri dörd kənardan ortaya doğru toplayın və barmaqlarınızla yaxşıca bir-birinə yapışdırın. Boxça şəkilli mantını qaynayan suda 10 dəqiqə bişirin. Bişən mantıları bir boşqaba süzün və üzərinə xırda doğranmış cəfəri səpib süfrəyə verin.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика