Ləzzətli bildirçin dolması

Bildirçin dolması ölkəmizdə çox nadir yeməklərdən biridir. Bildirçin əti çox geniş olaraq istifadə edilmədiyi üçün tapılması da çətindir. Adətən ov ilə məşğul olan insanlar bildirçin ətinin dadından xəbərdardırlar. Agroexpert.az sizlərə bildirçin ətindən ləzzətli dolma reseptini təqdim edir.
Tərkibi:
- 5 ədəd orta ölçülü bildirçin
- 5 xörək qaşığı kərə yağı
- 1 ədəd böyük soğan
- 1 çay qaşığı duz
- 1 stəkan düyü
- 1 xörək qaşığı quş üzümü
- 1 çay qaşığı darçın
- 1 çay qaşığı istiot
- 2 stəkan su
Bildirçin dolması – Hazırlanma qaydası:

İlk öncə təmizlənmiş bildirçinləri yuyun. Daha sonra düyünü duzlu suda bir müddət saxlayın. Bir ədəd böyük ölçülü soğanı kub şəklində doğrayın.Quş üzümlərini də eynilə düyü kimi ilıq suda saxlayın.
Tavaya 2 xörək qaşığı kərə yağı qoyun və əridin. Daha sonra bildirçinləri tavaya qoyub bir neçə dəqiqə qızardın.
Qızarmış bildirçinləri servis edəcəyiniz boşqaba yerləşdin. Qalan 3 xörək qaşığı kərə yağını tavada əridib soğanları yağda qovurun. Qızarmış soğanlara suda saxladığınız düyünü və quş üzümünü, duzu, bibəri, darçını və dolmalıq fıstıqları tavaya əlavə edin. Yaxşıca qarışdırıb təxminən 5 dəqiqə qovurun. Daha sonra 2 stəkan su əlavə edərək dolma içliyini bişirin.
Bişmiş içliyi 20 dəqiqə dinləndirin. Qızarmış bildirçinləri hazırladığınız içliklə doldurun. Daha sonra doldurulmuş bildirçinləri istiyə davamlı soba üçün şüşə bir qaba yerləşdirin. 2 stəkan su əlavə edib əvvəlcədən qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin. Sobadan çıxardığınız bildirçin dolmasını isti şəkildə süfrəyə verin.
Nuş olsun!
Müəllif: Aysel Selcan