Ləzzətli çiyələk necə seçilir?

Çiyələyin mövsümdə yeyilməsi daha yaxşıdır.

Qışda fərqli şərtlərdə böyüdülən çiyələk bəzi qida dəyərini itirir. Qidalanma dəyərini itirən çiyələklərə həmin dəyərləri bərpa etmək üçün əlavə qida maddələri verilir.

çiyələk seçimi agroexpert.az
Çiyələk mövsümü

Bir meyvə yalnız mövsüm boyunca yetişərkən bütün qida dəyərlərinə sahib olur. Çiyələk mövsümü martın sonu, aprelin əvvəlində başlayır. Aprel, may və iyun çiyələk mövsümüdür.

Çox böyük, itirilmiş forma və rəngdə olan çiyələklər kimyəvi gübrələrlə yetişdirilən çiyələklərdir. Həm də yarpaqlarının altında ağlıq olan çiyələk dərmanlıdır.

Özünəməxsus qoxusunu və rəngini itirməyən çiyələyin dadı öz yerindədir.

Hazırda mövsümü olan və hər kəs tərəfindən çox sevilərək yeyilən çiyələyi seçərkən müəyyən xüsusiyyətlərinə diqqət etmək lazımdır.

Çiyələk seçərkən bunlara diqqət
  • Qoxusu

Əvvəlcə çiyələk alarkən qoxusuna diqqət etməlisiniz Yaxşı çiyələyin güclü bir ətri var. Əgər qoxu zəifdirsə, yəqin ki, kimyəvi dərmanlar verilərək yetişdirilib.

  • Rəng

Çiyələk parlaq qırmızı rəngə sahib olmalıdır. Tünd qırmızı rənglərə üstünlük verilməməlidir, çünki bu, süni rəngdə olduqlarını göstərir. Yaşıl çiyələklər isə hələ yetişmədikləri üçün onları almayın.

  • Forma və ölçü

Çiyələyin forması və ölçüsü növündən asılıdır. Lakin çox böyük çiyələk almayın. Zədələnmiş çiyələkləri də götürməyin, çünki bu, tezliklə çürüyəcəyini bildirir.

  • Yarpaqlar

Çiyələyin kökündəki yarpaqlar onun keyfiyyəti haqqında çox şey deyir. Əvvəla onlar orada olmalıdırlar. Yarpaqsız çiyələk götürməyin, çünki çox qısa müddətdə xarab olacaq. Əgər yarpaqlar quru və sarıdırsa, çiyələklərin ömrünün tükənmək üzrə olduğu deməkdir.

 Yarpaqlarla çiyələk arasında boşluq varsa o çiyələk şirindir.

  • Toxumlar

Bu məsləhətin heç bir elmi əsası yoxdur, amma çiyələk yetişdirənlərin dediyinə görə, çiyələyin üzərindəki toxum nə qədər aralı və dərin olsa, çiyələk o qədər şirin dadacaq. Sınamağa dəyər!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!