Ləzzətli kakaolu çatlaq peçenye

Kakao dadını sevənlər, çay süfrəsinə asan və ləzzətli  peçenye hazırlamaq istəyirsinizsə Agroexpert.az-ın təqdim etdiyi resepti sınaqdan keçirə bilərsiniz. Kakaolu peçenye üçün…

peçenye
 Tərkibi:
  •  3 xörək qaşığı kakao
  • yarım stəkan şəkər tozu
  •  1 ədəd yumurta
  •  1/2 stəkan maye yağ
  •  2  stəkan un
  •  1 paket vanil
  •  1 çay qaşığı qabartma tozu
Üzəri üçün:
  •  1/2 stəkan şəkər kirşanı
Kakaolu peçenye hazırlamağın qaydası:
kakaolu peçenye nece hazırlanır?

İlk öncə bir qabda yumurta, şəkər tozu və duru yağı bir qabda mikserlə yaxşıca çırpın. Daha sonra kakao,vanil,qabartma tozu və unu əlavə edib əlinizlə yoğurun. Xəmirdən kündələr qoparıb əlinizlə yuvarlayın.

Peçenyeləri şəkər kirşanına bulayıb yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Peçenyeləri  əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Soyuyan peçenyeləri çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика