Ləzzətli qovurma resepti

Qurban bayramını çox sevirəm. Xüsusən qurban bayramında bişirilən qovurmanı daha çox sevirəm. Tezliklə qurban bayramı gəlir. Qurbanda kəsilən heyvanların ətindən qovurma hazırlayıb qonum-qonşuya, dostlara ikram etmək gözəl addımdır. Ona görə qərar verdim quzu ətindən ləzzətli və asan qovurma resepti haqqında məqalə hazırlayaq. 

Ləzzətli qovurma üçün əti bir gün dinləndirmək yaxşı olardı. Ən dadlı qovurma bud ətindən alınır.

Lazım olanlar: agroexpert.az qovurma

  • 1 kq yağsız xırda doğranmış ət (dana, qoyun, keçi)
  • 1 çay stəkanı bitki yağı (ya da quyruq yağı)
  • Acı bibər (pul bibər), cirə,  qara istiot, duz, kəkotu

Qovurma hazrılanması:

Əvvəlcə əti quşbaşı (xırda-xırda) tikələrə ayırın. Doğranan əti qazana töküb, orta atəşdə öz suyunda bişməyə qoyun. Ət suyunu çəkdikdən sonra bir çay stəkanı su əlavə edib yenə bişirməyə davam edin. Bir müddət bu cür bişirdikdən sonra əti kənara qoyun. Qazana (tavaya, saca) yağ qoyun. İstəyən ətin öz yağından da əlavə edə bilər. Yağın içinə cirə, istiot, kəkotu, duz və acıbibər səpib, 5 dəqiqə qarışdırın.

Əti qazana əlavə edib, ədviyyatla yaxşıca qarışdırın. Ətlər qızarmağa başlayanda ocağı söndürün. Qovurmamız hazırdır, isti-isti süfrəyə verə bilərsiniz.

Ləzzətli qovurmanın sirləri:

  • Əti bir gün dinləndirəndə qovurma ləzzətli və yumşaq olur.
  • Qoyun iyini sevməyənlər, qovurmaya kəkotu vəya dəfnə yarpağı qoya bilərlər.
  • Dana qovurması edirsinizsə bir stəkan su əlavə edin, çünki dana əti gec pişir.
  • Əvvəlcə tavanı qızdırın və ətin öz yağını qoyun.
  • Ət bir müddət pişdikdən sonra içinə 1 ədəd bütöv soğan qoyun. Ona görə bütöv qoyuruq ki, soğan dağılmasın və qovurma daha ləzzətli olsun.
  • Bir də sonda qovurmanı ayranla servis edin…

2-ci resept

Tərkibi:
2xörək qaşığı kərə yağı
1 kg quşbaşı doğranmış ət (qoyunun qol tərəfindən)
2 diş sarımsaq
1 ədəd dəfnə yarpağı
İki ədəd kök,
İki ədəd kartof
Bir dəstə təzə soğan
Bir dəstə şüyüd
Duz,
Qara bibər,

Hazırlanması:
Bir qazana 1 xörəkqaşığı kərə yağı əlavə edib yaxşıca istilədin. Kiçik doğramış sarmısaq və dəfnə yarpağını əlavə edin. Bir-iki dəfə qarışdırıb, ətləri əlavə edin. Ətlərin rəngi dəyişənə qədər 5 dəqiqə bişirib qarışdırın. Üzərini iki barmaq keçəcək qədər su əlavə edib, qaynadın. Qaynayınca odun altını azaldın. Batıq atəşdə ətlər yumşalıb, yağıyla qalana qədər bişirin. Bir qaşığın köməyi ilə qarışdıraraq odda qovurun. Digər bir tavada, qalan kərə yağında kub-kub doğranmış kartof və kökləri qızardın. Şüyüd və təzə soğanı incə-incə doğrayıb, ətlərə əlavə edin. Duzunu, qara bibərini əlavə edib qarışdırın. Servis qabına tökün. İstəsəniz plov ilə birlikdə də servis  edə bilərsiniz.

Nuş olsun!!!

 

Mənbə.

 

 

 

 

 

 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!