Ləzzətli şokoladlı rulet (RESEPT)

Çay süfrələrinin mövsümü olan payızda ətirli çayın yanına rulet hazırlamağı təklif edirik. Agroepxert.az ləzzətli şokoladlı rulet reseptini təqdim edir.

şokoladlı rulet

Tərkibi:

Biskivit üçün:
  • 3 ədəd yumurta
  • 90 qr şəkər tozu
  • 75 qr un
  • 15 qr kakao
Biskviti islatmaq üçün sirop:
  • 3 xörək qaşığı su
  • 2 xörək qaşığı şəkər tozu
  • 1 xörək qaşığı konyak (zövqə görə)
Şokoladlı bişmiş krem:
  • 1 ədəd yumurta sarısı
  • 15 qr un
  • 150 ml süd
  • 40 qr şəkər tozu
  • 5 qr vanil
  • 45 qr şokolad
  • 100 qr otaq temperaturunda yumşaldılmış kərə yağı (82% yağlılığı)
  • 1 çay qaşığı konyak (zövqə görə)
Şokoladlı qlazur üçün:
  • 75 qr şokolad
  • 50 qr kərə yağı
Hazırlanma qaydası:

Biskvit üçün un və kakaonu qarışdırın. Bir qabda yumurtanı köpürənədək çırpın,üzərinə şəkər tozu əlavə edib 10-15 dəqiqə yaxşıca çırpın. Üzərinə un qarışığını da ələyərək biksvit xəmirinə əlavə edib ehtiyyatla qarışdırın. Hazır xəmiri yağlı kağız sərilmiş soba sinisinə töküb 180 dərəcə qızıdırlmış sobada 12-15 dəqiqə bişirin.

Siropu hazırlamaq üçün su və şəkər tozunu bir qaba tökün. Şəkər tozunu əriməsi üçün zəif ocaqda qarışdırın. Sirop hazır olduqda ocaqdan götürün. Soyuyan siropun üzərinə konyak əlavə edib qarışdırın. Əgər ruleti uşaqlar yeyəcəksə siropa konyak əlavə etməyin!

Kremi hazırlamaq üçün bir qabda yumurta sarısını şəkər tozuyla mikserlə yaxşıca çırpın. Üzərinə 50 ml süd və ələnmiş un əlavə edib yaxşıca qarışdın. Qalan südü də balaca qazanda qızdırın. İlıq südü az-az biskvit xəmirinə əlavə edib qarışdırın. Hazır kütləni təkrar qazana töküb ocağa qoyun və tel çırpıcıyla qatılaşanadək qarışdırın. Ocaqdan götürün və üzərinə şokolad parçalarını əlavə edib qarışdırın. Kremi başqa qaba tökün və üzərinə streç salafan çəkib otaq temperaturunda soyudun. Kərə yağını ağaranadək mikserlə çırpın. Bişmiş kremi az-az əlavə edərək çırpmağa davam edin. Üzərinə konyak əlavə edin və krem hazırdır. Əgər ruleti uşaqlar yeyəcəksə konyak əlavə etməyin!

Şokoladlı qlazur hazır ruletin üzərinə çəkən zaman hazırlayın. Şokoladı və kərə yağını su hamamında əridib qarışdırın. Qaynatmayın!

Bişən korju sobadan çıxarıb tez kənarlarını düzləşdirin (artıq olan hissələri kəsin). İsti korju mətbəx dəsmalına rulet şəklində  büküb soyuması üçün kənarda saxlayın. Soyuyan korju yağlı kağızdan ayırın və hazırladığınız siropla isladın. Üzərinə şokoladlı bişmiş kremi yaxın və yayın. Biskviti rulet şəklində bükün. Biskvitdən qalan qırıntılarla ruletin kənarlarına səpin. Ruleti yağlı kağıza büküb soyuducuya 3-4 saatlıq yerləşdirin. Şokoladlı qlazuru hazırlayıb soyuducudan çıxardığınız rulet üzərinə yaxın və soyuması üçün kənarda saxlayın. Şokoladlı ruleti dilimləyib çayına yanında süfərəyə verə bilərsiniz.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!