Ləzzətli və vitaminli yaşıl şorba
Sağlam həyat yaşamağın ən vacib amili kafi və balanslı qidalanmadır. Bitki mənşəli qida məhsulundan olan tərəvəzlərin zəngin vitamin, mineral, lif və maye tərkibi ilə qidalanmada xüsusi yeri vardır. Yaşıl rəngdə bütün tərəvəzləri qida rasionumuza mütləq daxil etməliyik. Bunun üçün Agroexpert.az yaşıl tərəvəzlərlə orqanizmin C vitamini ehtiyacını qarşılayan ləzzətli şorba reseptini təqdim edir.

Tərkibi:
- 6 ədəd kərəviz sapı
- 1 ədəd kabak
- 1 ədəd yerkökü
- 1 çiçək brokoli
- 1 ədəd soğan
- 2 xörək qaşığı zeytun yağı
- 2 xörək qaşığı un
- 3 1/2 stəkan su
- 1 çay qaşığı duz
- 1/2 çay qaşığı istiot
Yaşıl şorbanın hazırlanma qaydası:
İlk öncə soğanları xırda doğrayın və qazanda 1 xörək qaşığı zeytun yağında qovurun. Daha sonra digər tərəvəzləri təmizləyib yuyun. Yuyulmuş tərəvəzləri xırdalayıb qazanın içinə tökün və suyu əlavə edib bişirin. Bişən tərəvəzləri kiçik bir qazana tökün. Qalan 1 xörək qaşığı zeytun yağ ilə unu qovurun. Tərəvəzləri blenderdən keçirin, yağda qovrulan unu şorbanın içərisinə əlavə edin. Ədviyyatları da töküb şorbanı qaynadın. Bişmiş şorbanı isti olaraq süfrəyə verin.
Nuş olsun!
Qida rasionumuza daxil olan məhsulların faydaları haqqında bu bölməmizdən tanış ola bilərsiniz.