“Lider 55” yerli toyuq cinsi

Toyuq cinsləri haqqında araşdırma edərkən qarşıma Lider 55 adlanan yerli cins çıxdı. Biraz araşdırmadan sonra bu toyuqların bəzi özəlliklərinin digər cinslərdən üstün olduğunu görmək çətin olmadı. Məsələn, həm ətlik, həm də yumurtalıq cins olan “Lider 55” adından da göründüyü kimi 55 günə lazımi çəkiyə çatır. Bu vaxt əti də kənd toyuğu kimi ləzzətli olur. lider 55 toyuq cinsi

Göyçay rayonunda 32 ildir ki, quşçuluqla məşğul olan sahibkar Qiyas Hacıyev bu sahədə yeniliyə imza atıb. Sahibkarlıqla yanaşı, 2012-ci ildən bəri elmi fəaliyyətlə məşğul olan Azərbaycan Dövlət Aqrar Universitetinin doktorantı Qiyas Hacıyev şəxsi quşçuluq təsərrüfatında damazlıq bölməsi yaradaraq, toyuq və xoruzların seleksiyası ilə məşğul olmağa başlayıb. Hazırda ölkəmizdə bəslənilən bütün cinslərdən olan ətlik və yumurtalıq ev quşlarının hamısının patentinin xarici ölkələrə məxsus olduğunu deyən Qiyas Hacıyev seleksiya yolu ilə ilk dəfə Azərbaycana məxsus Lider 55 adlı yeni ev quşu cinsi əldə etdiyini bildirib.

Lider 55 toyuq cinsinin özəllikləri

  • Yeni cinsdən olan quşlar daha az yem sərf edilməklə digərlərindən tez yetişir. “Gümüşü ağ” və “Qırmızı yubiley” cinslərindən olan cücələrin çəkisi 3 kiloqram yemlə 75 günə 1 kiloqram olursa, “Lider-55” cinsli cücələr 52 günə 1,5 kiloqram çəkiyə çatır.
  • genetik sağlamdır, soyuğa, istiyə və xəstəliklərə qarşı dözümlüdür, yerli şəraitə uyğundur, bəslənilməsi sərfəlidir.
  • Broyler quşlarında xromosomların sayı 72-dirsə, kənd toyuqlarında və “Lider-55” cinsindən olan quşlarda 78-dir.
  • ildə 165-200 yumurta verir.
  • dadı kənd toyuğunun dadı ilə eynidir.
  • 45-55 gün arasında kəsimə gedir.

Sahibkar Qiyas Hacıyevin sözlərinə görə, ardıcıl olaraq sereblis quşlarını ildə 3 dəfə, “Lider-55” cinsindən olan quşları isə ildə 5 dəfə yetişdirmək mümkündür.

Kənd əhalisi üçün bəslənilməsi sərfəli və qazanclı olduğuna görə hazırda Azərbaycanın bütün bölgələrindən Qiyas Hacıyevə “Lider-55” cinsli quşlardan almaq üçün müraciətlər gəlir. Sahibkar seleksiya yolu ilə əldə etdiyi Azərbaycana məxsus Lider-55 quş cinsini xarici bazara çıxarmaq üçün onun patentini də əldə edib.

O, yerli şəraitə uyğun və daha məhsuldar yeni quş cinsinin əldə edilməsində ona Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivinin böyük dəstəyi olduğunu qeyd edib. Qiyas Hacıyev şəxsi damazlıq quşçuluq məntəqəsində Azərbaycana məxsus daha iki yeni quş cinsinin seleksiya yolu ilə əldə eidb və onların da patentini alıb.

 

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!