Limon ağacına qulluq

Limon ağacına qulluq və evdə yetişdirmək maraqlı fəaliyyətdir, hobbidir. Həm də meyvəsi  ucuz deyil və çox faydalıdır. Evinizin, həyətinizin bir küncündə yetişdirəcəyiniz limon ağacı həm ətirli həm də meyvəli, çətin olmayan bir əyləncədir.

Limon ağacına qulluq

Limon ağacını saxsıda əkəcəksinizsə böyük olmasına diqqət edin. Mən vedrədə əkən çox görmüşəm. Yaxşı torpaqla doldurun. Elə yerə qoyun ki, bol günəş işığı düşsün və qətiyyən yel, külək tutmasın. Limon ağacı çox işıq ehtiyacı olan bitkidir. Ona görə qış aylarında bəzən əlavə işıq yandırmağa da ehtiyac olur. İlıq havalarda çölə çıxarıla bilər, bu sayədə arı və böcəklər limon ağacınızı tozlandırıb daha çox meyvə veriminə səbəb olacaq.

Limon ağacına qulluq üçün:

  • Limon ağacını saxsıda əkəcəksinizsə qabın diametrinin 18-28 sm olmasına diqqət edin. 
  • Havalı, külək yel tutmayan, yaxşı işıq düşən yerə qoyulmalıdır.
  • Sulama çox önəmlidir, ancaq çox sulamaq da olmaz. Saxsının altında drenaj olması yaxşı olar. Dibində su çox olanda göbələk xəstəliyinə tutulur.
  • Əgər eyvan və ya küçədə saxlayırsınızsa soyuq havalarda donmaması üçün örtmək lazımdır. 
  • Torpağın PH dərəcəsi 6-6,5 olamlı və tərkibi zəngin olmalıdır.  Azot, fosfor və potasiumla zənginləşdirilməlidir. (Gübrə ilə)
  • Qaz və ya sobalara yaxın qoymayın. Həddən artıq buxarlanma fidanların qurumusaına səbəb olur.
  • Saxsının ən altına çınqıl daşlar qoyub su daha yaxşı drenaj edilə bilər. 
  • Çox soyuq otaqda da betonun soyuğu limon ağacına mənfi təsir edir.
  • Limon ağacını xəstəliklərdən qorumaq və meyvəsini artırmaq üçün budamaq lazımdır.

Limon ağacı baharın ilk günlərində, günəşin ilıqlığın hiss edən kimi çiçəkləməyə başlayır. Avqust ayından yanvar ayına kimi meyvə verir. Fevral ayında isə budama və dərmanlama aparılır. 

Limon ağacının necə əkilməsi barədə tez-tez sual verilir. Bu videoda limon ağacının əkilmə qaydası ilə tanış ola bilərsiniz.

Limon ağacı əkilməsi, düzgün budanması, daha çox meyvə verimi necə əldə edilməsi barədə də ətraflı məqalələr hazırlayacayıq. Limon kimyaterapiyadan min dəfə güclü və çox faydalı meyvədir. Süfrəmizdən əksik etməməliyik, xüsusən qış aylarında. Cənub zonamızda limon biznesi də geniş yayılıb. 

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!