Limon mürəbbəsinin hazırlanma qaydası – Resept

Faydalı bitki olan limon Azərbaycanın subtropik rayonları olan Lənkəran, Astara, Masallı da yetişdirilir. Limon ağacının meyvələrindən müxtəlif məhsulların hazırlanmasında istifadə olunur. Yetişən meyvələr toplanır, çeşidlərə ayrılır, yaxşı yetişənlər satışa göndərilir. Kal olaraq ağacdan qopub düşənlər limon zavoduna, həddindən artıq yetişənlər isə efir yağı istehsal edən zavoda verilir.  

Limonu çox istifadə edən ölkələrdən biriyik. Əsasən çaylarımıza ətir verən, müxtəlif xəstəliklərdə bizə çarə olan və mətbəximizdəki bir sıra qoxuları aradan qaldırmağımıza yardımçı olan limonun bu gün fərqli istifadə şəklini sizlərlə bölüşəcəyik. Bu yazıda sizlərə çox az yerlərdə rast gəlinən limon mürəbbəsinin bişirilməsi qaydasından bəhs edəcəyik.

Kiçik bir xatırlatma da edək. Əgər müxtəlif mürəbbə növlərinin hazırlanmasını öyrənmək istəsəniz bu linkə daxil ola bilərsiniz.

limon mürəbbəsinin hazırlanması resepti agroexpert.az
Limon mürəbbəsinin hazırlanma qaydası. Lazım olan məhsullar:
  • Limon – 2 və ya 3 ədəd
  • Toz şəkər – minimum 500, maksimum 600 qr
  • Ətirşah yarpağı  və 3-5 çiçək ətirşah

Hazırlanma qaydası

Limonları soyun, qabığı dilimləyin və bir kənara yığın. Ayrılmış qabıqları soyuq suda 1 gecə saxlayın.

Ertəsi gün 5 dəqiqə suda qaynadıb qabıqları yuyun. Bu əməliyyatı 2-3 dəfə təkrar edin ki, qabıqların turşusu çıxsın. Qaynadıqdan sonra suyu sıxın.

Qabıqsız limonları qazanda qaynadıb, süzgəcdən keçirin. Limon suyuna su əlavə edərək şərbət edin. Limon qabıqlarını, şərbətə çevrilən suyu və toz şəkəri qarışdırın. Üzərinə çəhrayı rəngli ətirşah çiçəklərini əlavə edin və qarışığı qaynadın.

Limon qabığı şəffaflaşdığı zaman altını bağlayın və hələ istiykən qablara yığın. Qabları tərs çevirərək saxlayın.Bişirməyə başlamadan əvvəl istifadə edəcəyiniz limonları dadmağı unutmayın. Bu şəkildə istifadə edəcəyiniz şəkərin ölçüsünü daha yaxşı tənzimləyə bilərsiniz.

Mürəbbəni hazırlayarkən dad verməsi üçün portağal suyu və ya portağal qabığı da əlavə edə bilərsiniz. Bişirən zaman taxta qaşıq istifadə edin və fasilələrlə qarışdırın.

Mürəbbəni bişirərkən istifadə edəcəyiniz şüşə bankaları isti su ilə sterilizasiya edin. Mürəbbə bankalarını doldurduqdan sonra onları hava keçirməyən bir şəkildə bağlayın və sərin yerdə saxlayın.

Çox dadlı olan bu mürəbbə şəkəri yüksək insanlarda çox az miqdarda istifadə edilməsi tövsiyyə olunur.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!