Limon qabığı sirkəsinin hazırlanma qaydası
İlk öncə onu deyək ki, meyvə qabıqları zibil deyil. Meyvə qabıqları olduqca dəyərli vitamin və mineralları saxlayırlar. Xüsusilə portağal qabığı, limon qabığı və ya naringi qabığını həm gözəl qoxuları, həm də mikrob öldürücü xüsusiyyəti ilə təmizlik məqsədli sirkə istehsalı üçün istifadə edilə bilər. Limon qabığı sirkəsi bu məqsədlə evdə istifadə edilən bir məhsuldur. Təxminən qışda yediyimiz turuncgillər qabıqlarından ən az 100 litr sirkə hazırlamaq mümkündür. Evlərinizi kimyəvi təmizləyici vasitələr əvəzinə bu sirkə ilə təmizləyin.
Təmizlik üçün sirkə necə istifadə edilir?
Təmizlik məqsədilə hazırlanan sirkə evdəki pis qoxuları yox edir, böcəkləri qaçırdır, tərəvəzlərdəkimikrob və dərman artıqlarını yox edir, qabyuyan maşın sonrası çirkabları sirkəlisu ilə yaxalayıb kanserogen (“canser”- xərçəng, “genes” – doğan)yuyucu qalıqlarından təmizlənmə, evləri təmizləmək, mebelləri parıldatmaq kimibir çox sahədə istifadə edilirlər. Bəzi istifadəçilər isə xüsusilə portağalsirkəsinin ayaq göbələyi yaxşı təsir etdiyini söyləyirlər. Təbii ki,orqanizmüçün istifadə ediləcək sirkə su ilə qarışdırılmalıdır.

Limon qabığı sirkəsi necə hazırlanır?
Portağal, qreyfrut və naringi qabıqları da də eyni reseptə aiddir. Həmçinin təkcə bir növ qabıq yığmanıza də ehtiyac yoxdur.İstəyə görə limon, naringi, qreyfrut və portağal qabığını da qarışdırıb sirkə hazırlaya bilərsiniz.
Sirkə üçün istifadəetdiyiniz narıncıgillərin qabıqlarını atmayıb quru bir yerdə saxlasanız özü-özünəkiflənmədən quruyacaq. Əlbəttə ki, xarab və kiflənmiş qabıqlar istifadə edilməməlidir.
Yığılan bu qabıqları yaxşıca yuyub bir qab içinə yığın. Qabıqları dezinfeksiya etməsi üçün qaynar suya batırıb evdəki sirkə ilə durulayın. Qabıqların üzərini örtəcək qədər su əlavə edin və qabın ağız hissəsinə bir tənzif qoyun. 10-15 gün sonra yaranan sirkəni süzüb bir qaba doldurun və içərisinə bir az qaya duzu tökün. Sirkəni işıq görməyən bir yerə qoyun, təxminən 35-40 gün sonra hazır hala gəlir. Limon qabığı sirkəsi və ya portağal, qreypfrut qabığı sirkəsi təmizlik məqsədilə istifadə edilməsi məqsədəuyğundur.
Əgər uyğun şərtlərdəqabıqları saxlama imkanı varsa, əslində bütün meyvə qabıqlarından sirkə əldəedilə bilər.

Məlum olduğu kimi, limon və digər narıncıgil qabıqları P1 vitamini baxımından ən zəngin qidadır.Bu vitamin gənclik iksiri olaraq adlandırılır. Bu səbəblə bu qabıqlar yalnız sirkə hazırlamaq üçün müəyyən bir nisbətdə edilməlidir. Limonad hazırlayarkən içərisinə limon qabığını rəndələmək, çay içərisinə bir miqdar lumu qabığı atmaq belə ən azından dəmirin sovurulmasını artırmaq üçün fayda verəcəkdir.
Heyva sirkəsinin faydaları və hazırlanma qaydası ilə bu məqaləmizdən tanış ola bilərsiniz.