Lizinqlə heyvan almaq
Səhifəmizdə tez-tez verilən suallardan biri kreditlə vəya lizinqlə heyvan almaq barəsindədir. Lizinqlə heyvan almaq haqqında bir məqalə hazırlamışdıq. Yenə də şərtlərlə daha asan tanış ola biləsiniz deyə bir məqalə hazırlamaq qərarına gəldik.
Ümumiyətlə kreditlə lizinq fərqli şeylərdir. Nəysə mövzumuz maliyə terminlərini izah eləmək barədə deyil. Kənd Təsərrüfatı Nazirliyi sosial şəbəkədə istifadəçilərdən birinin verdiyi sualı cavablandırıb. Biz də onu olduğu kimi sizə təqdim edirik. Qeyd edim ki, aqrolizinq simmental və holşteyn inək cinslərinin və bir də asaf qoyunlarının satışını təşkil edir. Agroexpert.az olaraq çoxlu diskusiyalardan sonra belə qərara gəlmişik ki, bizim iqlim üçün ən rahat və sərfəli cins simmentaldır. Həm südlük həm ətlik istiqamət üzrə. Holşteyn südlük istiqamətdə dünyada lider olsa da ondan 35 litr süd almaq çox çətin və müşkül məsələdir.
“Damazlıq iri buynuzlu heyvanları lizinq yolu ilə əldə etmək üçün sahibkar hər bir heyvanın güzəştli satış dəyərinin 50 faizini ilkin ödəniş etməli, qalan 50 faiz məbləği isə rüblər üzrə 3 il müddətinə Cəmiyyətin hesabına ödəməlidir. Gətirilən damazlıq heyvanlar 3-5 aylıq boğaz düyələrdir.

Sahibkar ilkin ödəniş edib həmin heyvanları alandan 4-6 ay sonra bala verir. Həmin heyvanlar 3 il müddətinə sığorta olunur. Yaxşı yemləmə və bəsləmə şəraitində Holştein-friz cinsli damazlıq heyvanlar sutkada 20-25 kq süd verir. Eləcə də Avropa ölkələrindən Ətlik-südlük istiqamətli Simmental cinsli damazlıq heyvanlar gətirilərək sahibkarlara lizinq yolu ilə verilir. Damazlıq iri buynuzlu heyvanları lizinq yolu ilə əldə etmək üçün hər bir heyvanın güzəştli satış dəyərinin 50 faizini ilkin ödəniş etməli, qalan 50 faiz məbləği isə rüblər üzrə 3 il müddətinə Cəmiyyətin hesabına ödəməlidir. Gətirilən damazlıq heyvanlar 3-5 aylıq boğaz düyələrdir. Sahibkar ilkin ödəniş edib həmin heyvanları alandan 4-6 ay sonra bala verir. Həmin heyvanlar 3 il müddətinə sığorta olunur.
Yaxşı yemləmə və bəsləmə şəraitində Simmental cinsli damazlıq heyvanlar sutkada 1,5 kq çəki artımı və 15-20 kq süd verir.
Əlavə məlumat almaq üçün sahibkarın “Aqrolizinq” ASC-yə müraciət etməyi tövsiyyə olunur (tel: 012 425-48-65)”
Simmental yaxşıdır yoxsa Holşteyn alım? İnək cinslərinin müqayisəsi haqqında ətraflı bu məqalədə oxuya bilərsiniz.