Lizinqlə satılan heyvan cinsləri

Azərbaycanda heyvandarlığın inkişafı məqsədi ilə dövlətimiz  yerli fermerlərə öz işlərini qurmaqda dəstək olur. Öz işinizi qurmaq üçün lazım olan heyvan və texnikanı lizinq yolu ilə əldə edə bilərsiniz. Hansı heyvanları güzəştli əldə etmək olar, qiyməti neçəyədir, ödəmə şəkli necədir, hansı sənədlər lazımdır və sair qaydalarla tanış olmaq üçün belə bir məqalə hazırladıq. Əvvəlcə lizinqlə satılan heyvan cinsləri ilə tanış olaq.

Lizinqlə satılan heyvan – iribuynuzlu 

Simmental cinsi: ətlik-südlük istiqamətli olub, il ərzində 5 tona yaxın süd verir. Südün yağlılığı 4% olur. Çəkisi 800-1000 kq-a kimi ola bilir. Buzovlar doğulduğunda 45 kq olur, 18 ayında 420 kq-a çatır. Gündəlik çəki artımı 1000-1100 qramdır. Ət çıxımı 60%-dir. Yerli şəraitə dözümlüdür. 

Holştin-friz cinsi: südlük istiqamətli olub, il ərzində 10 tona yaxın süd verir. Südün yağlılığı 4% olur. Çəkisi 600 kq-a kimi olur. Bunu da qeyd edim ki, holşteyn cinsinə lazımi qaydada qulluq edib yüksək süd verimi almaq müşkül məsələdir.

Şvis cinsi: Yaxşı yemləmə şəraitində laktasiya dövründə 4% yağlılığı olan 4,5 ton süd verir. Tezyetişkəndir. İnəklərin çəkisi 600 kq, buğalar isə 1 ton olur. Yerli şəraitə dözümlüdür.

Lizinqlə satılan heyvan – xırdabuynuzlu 

Asaf qoyun cinsi: südlük istiqamətli olub, laktasiya müddətində (180 gün) 400 kq süd sağmaq olur. Yağlılığı 4-5%-dir. Ana qoyunların diri çəkisi 50 kq, qoçlar isə 65 kq-dır. Əti yağsızdır, ət çıxımı 45%-dir. Qırxımda 2 kq yun verir. İki ildə 3 dəfə bala verir, 100 baş sürüdən 150 qoyun almaq mümkündür. Lizinqlə satılan heyvan

Saanen keçi cinsi: Südlük istiqamətli olub, laktasiya dövründə (280 gün) 800-1000 kq süd verir, yağlılığı 4,5%-dir. Ana keçilərin diri çəkisi 50, təkələr isə 70 kq olur. Hər 100 baş ana keçidən 170 çəpiş alınır. Əti yağsızdır. Təmiz ət çıxımı 50%-dir. Müxtəlif iqlim şəraitinə asan adaptasiya olunurlar.

Alpin keçi cinsi: Bədən ölçüləri böyükdür. Belə ki, ana keçilərin diri çəkisi 60 kq, erkəklər isə 75 kq olur. Nadir hallarda bir bala verir. İl ərzində 1 ton süd verir, yağlılığı 3,5%-dir. Yaxşı yemləndiyi zaman gündə 4-4,5 litr süd verir.

Lizinqlə satılan heyvan əldə etmək üçün qaydalar:

1. Damazlıq heyvanları lizinq yolu ilə əldə etmək üçün sahibkar alacağı hər bir baş iri buynuzlu heyvanın dəyərindən avans ödəyərək Cəmiyyətlə ilkin müqavilə bağlayır;

2.  Heyvanlar Respublikaya gətirilib karantin müddətini keçdikdən sonra damazlıq heyvanın lizinqə verilməsi barədə sahibkarla lizinq müqaviləsi bağlanılır;

3. Bu zaman sahibkar hər bir heyvanın güzəştli satış dəyərinin 50%-ni (əvvəlcədən ödənilmiş avans məbləği nəzərə alınmaqla), ilkin ödəniş etməli və həmçinin sığorta haqqını ödəyərək heyvanı lizinqə götürür;

4. Güzəştli dəyərin qalan 50% məbləği isə sahibkar tərəfindən Cəmiyyətin hesabına  rüblər üzrə 3 il müddətinə ödənilir;

5. Heyvanların tam dəyəri 3 il müddətinə sığorta olunur və sahibkar tərəfindən tam şəkildə heyvan lizinqə götürlərkən ödənilir.

Lazım olan sənədlər:

1. Lizinq alanın “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədrinə müraciəti; Image result for document

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. Damazlıq heyvanların zoobaytar tələblərə uyğun saxlanılmasına dair tövlə şəraitinin və yem bazasının olması barədə rayon (şəhər) kənd təsərrüfatı idarəsinin komissiyasının rəyi.

Heyvan cinsləri haqqında saytımızın bu bölümündə daha ətraflı məqalələr tapa bilərsiniz.

Mənbə.

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673