Mətbəximizin əvəzolunmaz tərəvəzi POMİDORUN faydaları və zərərləri
Pomidor badımcankimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növüdür. Günümüzdə ən çox istifadə edilən tərəvəzlərdən biri olan pomidorun sağlamlığa faydaları çoxdur. Agroexpert.az mətbəxdə əvəzolunmaz tərəvəzlərdən olan pomidorun faydalarını və zərərlərini təqdim edir.
Pomidorun Faydaları
- -Sümükləri gücləndirir
- – Ürək və damar sağlamlığını qoruyur
- -Xərçəng riskini (xüsusilə ağciyər və prostat xərçəngini) azaldır
- -Pis xolesterinin səviyyəsini aşağı salır
- -İnfarkt riskini azaldır
- -Göz sağlamlığını qoruyur
- -Bədənin ehtiyacı olan fosfor, kalium, maqnezium, dəmir mineralları və B1, B2, B3, B5, B6, A, C, E, K vitaminini qarşılayır,
- -Dəridə yarana biləcək mənfi təsirlərə qarşı qoruyur
- -Qan şəkərini tarazlaşdırır
- -Saç köklərinin güclənməsinə kömək edir
- – Böyrək və öd daşı riskini azaldır
- -Yüksək təzyiqi salır və balansda saxlayır
- -Sidikqovucudur
- – Bədəni zəhərli toksinlərdən təmizləyir
- -İflic olma riskini azaldır
- – Qocalmağı gecikdirir
- – Qrip və soyuqdəyməyə qarşı bədəni qoruyur
- -Həzm sistemini hərəkətə gətirir, qəbizliyin qarşısını alır və həzmi asanlaşdırır
- -İmmunitet sistemini gücləndirir.
Pomidor un Zərərləri 
Hər bir tərəvəzin faydası olduğu kimi, ziyanı da var. O turşulu bir qida olduğu üçün reflü xəstələri istifadə etdiyi pomidor miqdarına nəzarət etməlidir. Gündə 10 və daha çox pomidor yemək C vitamini yüklənməsinə görə böyrək daşı yarada bilər. Böyrək xəstəliyi olan və böyrək qumu salan şəxslərin isə pomidordan istifadə etməyi tövsiyə olunmur.
Müəllif: Aysel Selcan