Sağlam qidalanma Tövsiyyələr

Mətbəxdə işinizə yarayacaq faydalı məsləhətlər

Bəzən mətbəxdə həlli bizə çətin görünən, edilməsi qəliz olan nüanslarla qarşılaşırıq. Əslində isə bir çox belə halların asan həll yolları var. Bir məqaləmizdə belə pratik həll yollarından bəhs etmişdik. İndiysə digər məsələlərlə bağlı kiçik, amma işinizə yarayacaq məsləhətləri təqdim edirik.

Balığı soyuducuya qoymazdan əvvəl üstünə limon sıxsaniz, iyi gəlməz.

Dadlandırıcı duzu özünüz hazırlaya bilərsiniz.

Aşbazlar balığa, toyuğa, salatlara və şorbalara qeyri-adi, ətirli və edviyyatlı duz qatırlar. Bu duz xüsusi olur, qiyməti də ucuz olmur. Bu duz tökülən xörəyə əlavə etirləndirici və ya edviyyat qatmağa ehtiyac olmur. Bu ətirli duzu siz evdə də hazırlaya bilərsiz. Bunun üçün, duza göbələk, cəfəri qurusu, darçın, sarmısaq və s. qatıb, kombayn maşınından keçirib, narın edirsiz. Bu duzu qapağı kip bankada saxlamaq lazımdır. Eləcə də duza zəfəran, mixək qatıb kombayndan keçirə bilərsiniz. Bu duzu şorbalara, ət qızartmasına, salatlara səpə bilərsiniz. 

mətbəxə aid məsləhətlər

Börək və keksləri bişirəndə xəmirə marqarin vursaniz, daha ləzzətli alınar.

Kəsilmiş meyvələri qaralmaqdan qorumaq üçün meyvələri üzərinə az miqdarda limon şirəsi çiləmək olar. Həmçinin, eyni məqsədlə 1 xörək qaşığı bal və 2 xörək qaşığı su olan məhlul da eyni məqsəd üçün istifadə oluna bilər.

Borş bişirmək istəyirsinzi, lakin əlinizdə olan çuğundurun quruyub-qırışdığını görürsünüz? Onu yuyun, yuxarı ve alt hissəsindən qapaq kimi kəsin. Sonra şüşə qaba qoyub üzərinə soyuq su tökün. Çuğundur özünə gələcək. 

Kotletlərə ət maşınından keçirilmiş çiy kartof qatsanız, çox dadlı olacaq. 

Yumurta ağının yaxşıca köpüb, beze halına tez gəlməsi üçün içərisinə azca duz tök.

Yemək bişirdikdən sonra əllərinizdə qalan xoşagəlməz soğan və sarımsaq qoxusunu istifadə olunmuş  bir dəfəlik çay paketləri ilə aparmaq olar. Sadəcə istifadə olunmuş çay paketini əllərinizə və dırnaqlarınıza sürtün.

Evdə xəmir üçün maya yoxdursa, onu yarım stəkan pivə və ya mineral su ilə əvəz edə bilərsiz.

Aldığıniz limon bərkdirsə, onu 1 saat isti suda saxlayin. Kəsəndə daha yumuşaq və sulu olacaq.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!