Mal-qaranı istilərdən necə qoruyaq?

İsti hava stresi nəticəsində inəklərin məhsuldarlığı 30%-ə kimi düşə və bir-sıra xəstəliklər üzə çıxa bilər. Mikroiqlim heyvanın sağlamlığına və məhsuldarlığına təsir edən vacib amildir. Yüksək tempratur rütubətlə birlikdə  heyvanda istilik stresi verir, bu isə iştahsızlığa, dolayısı ilə çəki və südverimi azalmasına səbəb olur. Hətta isti hava heyvanların xəstələnməsinə və sonda ölümünə də gətirib çıxara bilər. Həmçinin isti hava stresi keçirmiş inəklərin 3-4 ay ərzində süd verimi aşağı düşə bilir.

İsti hava stresiİnəklər özlərini -13°С və +25°С arasında rahat hiss edirlər. Bu aralıqda inəklərin bədən tempraturu 38,4-39,1°С olur.

İsti stresi zamanı isə bədən tempraturu 39,2-39,4°С-yə qalxır, nəfəsalma isə dəqiqədə 100 olur. Heyvanların davranışları da dəyişir, az yeyirlər, az hərəkət edirlər.

Görsəniz heyvan istidə əldən düşüb oturub, vəziyyəti yaxşı deyil, başına bir vedrə soyuq su tökün ayılsın.

Heyvanları isti vurmasından (isti stresindən) qorumaq üçün 3 əsas qaydaya riayət etmək lazımdır.

  1. Soyutma 
    Tövlə normalara uyğun olmalıdır. Gün şüaları bir-başa düşməməlidir, havalandırma yaxşı olmalıdır. Heyvanlar üçün kölgəliklər düzəldilməlidir. Amma istənilən halda tövləni soyutmaq çətin məsələdir. Ona görə tövləni yox, inəyi soyutmaq lazımdır. Bunun üçün heyvanların başının üzərində sərinləndiricilər asılmalıdır. (Yerdən 3 metr hündürlükdə, diametrlərinin 10 qatı aralıqlarda)
  2.  Çimizdirmə
    Heyvanları vaxtı-vaxtında çimizdirmək lazımdır ki, bədən tempraturları düşsün.
  3. Yem və su
    Heyvanları isti havada təmiz su mənbəyi ilə daim təmin edin. Yem rasyonlarına isə soda qatmaq çox yaxşı effekt verir. Heyvanları sərin vaxtlarda yemləmək lazımdır.

Ümumiyyətlə, heyvanları isti havada qorumağın ən yaxşı yolu onlara su mənbəyi və kölgəlik təmin etməkdir. Heyvanları otlaqda ağac altında da saxlaya bilərsiniz. Tövləni su ilə soyutmaq da mümkündür, amma bu zaman rütubət qalxa bilər ki, bu da heyvana narahatçılıq verəcək.

İsti hava stresi ilə bağlı bu videoda da maraqlı tövsiyyələr deyilir.

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669