Masallının kivi bağlarında bol məhsul yetişib

Kənd təsərrüfatında özünəməxsus yeri olan sitrus meyvə bitkilərinin becərilməsi üçün ölkəmizin cənub bölgəsində əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olması sitrusçuluğun inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” bu təsərrüfat sahəsinin inkişafı üçün geniş imkanlar açır.

Agroexpert.az xəbər verir ki, Dövlət Proqramının icrası istiqamətində Masallı rayonunda ardıcıl tədbirlər görülür. Rayonda kivi, feyxoa və digər sitrus meyvə bağlarının salınmasına diqqət və maraq artıb.

Masallıda 7,6 hektar sahədə kivi yetişdirilir. Ərkivan qəsəbə sakini Abdulla Abdullayev 2, Öncəqalalı fermer Aşur Mahmudov Hüseynhacılı kəndində 4, Pənah Mehdiyev isə Tüklə ərazisinin Tiyaqani kəndində 1,6 hektar kivi bağı salıblar.

kivi ağacı

Təsərrüfat sahibləri bildirirlər ki, artıq bir neçə ildir bağlardan yüksək məhsul götürülür. A.Abdullayev müvafiq olaraq hər mövsümdə bağlardan 10-15 ton, A.Mahmudov isə ötən il 35 ton kivi yığdığını bildirib.

Bu mövsümdə də yüksək məhsuldarlığa nail olmaq üçün vaxtaşırı olaraq ağaclara aqrotexniki qulluq göstərilir: vaxtında budanma işləri aparılır, bağ sahələri alaqlardan təmizlənir, torpaq qatı mineral gübrələrlə qidalandırılır, suvarma işləri müasir üsulla aparılır. Nəticədə bağlarda bol məhsul yetişib.

Fermerlərin sözlərinə görə, kivi bir çox xüsusiyyətinə – tinglərin şaxtaya dözümlülüyü, meyvənin gec çürüməsi, qiymətin nisbətən əlverişli olmasına görə sərfəli bitkidir.

Qeyd edək ki, sentyabr ayınının sonundan Masallıda kivi yığımına başlanılacaq.

(Azərtac)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669