Məhsul toplanılmasını rahatlaşdıracaq yeni cihaz yaradılıb – “Üçüncü əl”

Texnologiyanın inkişafı, yeni cihazların, avadanlıqların yaradılması həmçinin kənd təsərrüfatı sahəsində də çox vacibdir. Yeni alətlər, yeni cihazlar, avadanlıqlar kənd təsərrüfatında həm maddi cəhətdən, həm də vaxt baxımından qənaət etməyə, həmçinin məhsulların keyfiyyət və məhsuldarlığını artırmağa kömək edir.

Bu dəfə yeni icad kanadalı alimlər tərəfindən yaradılıb.
yeni aqro cihaz agroexpert.az

Belə ki, Kanadanın “Sherbrooke” universitetinin tədqiqatçıları məhsulları daha rahat, əziyyətsiz toplaya bilmək üçün uzaqdan idarə olunan hidravlik manipulyator icad ediblər.

Mütəxəssislər bu yeni icadları “Üçüncü əl” də adlandırırlar.

“Üçüncü əl” adlanan bu cihaz məhsul toplayan şəxsin bel bölgəsinə bərkidilir.

Məhsulu toplamaqla məşğul olacaq şəxs üçün nəzərdə tutulmuş yeni hidravlik manipulyator minimum çəki ilə daha çox güc təmin etmək üçün xüsusi olaraq hazırlanmışdır. Təxmin 4 kq ağırlığında olun bu hidravlik cihaz elə  əsl insan əli formasındadır. Qaldıra biləcəyi ağırlıq isə 5 kq qədərdir ki, bu da məhsul toplanılması üçün pis rəqəm deyil.

Cihazın digər xüsusiyyətləri

Hələlik bu cihazı müstəqil şəkildə idarə etmək olmur. Bu mexaniki qol miniatür bir portativ tətbiqetmədən istifadə edərək ikinci bir şəxs tərəfindən idarə olunur. Beləliklə, ya əsas istifadəçi ilə eyni vəzifəni paralel olaraq yerinə yetirir, ya da başqa bir şey edir.

EastFruit daha əvvəl Hollandiyanın “Steenks Service“ şirkətinin bitki baxımı ilə işçi əlinin dezinfeksiyası proseslərini birləşdirməyi təklif etdiyini də söyləmişdi. Bu təklifə görə, xüsusi quraşdırılmış boru relslərlə hərəkət edən arabaya dezinfeksiyaedici ilə doldurulmuş konteynerlər qoşulur.

Arabanın relslərlə rahat hərəkət etməsi üçün işçi konteynerin dibinə toxunmalıdır. Təyin edilmiş müəyyən bir müddətdən sonra araba dayanır və hərəkətin bərpa olunması üçün işçinin yenidən konteynerin dibinə toxunması lazım olur.

Nəticədə, həm proses ləngimir, həm də işçi əllərini mütəmadi olaraq dezinfeksiya etmiş olur, Bu da bitki şirəsi üzərində ola biləcək mümkün infeksiyanın işçinin ilə yayılması riskini əhəmiyyətli dərəcədə azaldır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!