Məhsul yığımından əvvəl meyvə yetkinliyini ölçə bilən yeni cihaz hazırlanıb

Meyvələrdə quru maddələrin miqdarını təyin edən yeni cihaz yaradılıb

Avstraliyada “Hort” İnnovasiya Tədqiqat Təşkilatı  və Avstraliya Kənd Təsərrüfatı, Su və Ətraf Mühit Departamenti tərəfindən maliyyələşdirilən bir tədqiqat həyata keçirilib.  Tətqiqat nəticəsində Mərkəzi Queensland Universitetinin (CQUniversity, Avstraliya) professoru Kerry Walsh, məhsul yığımından əvvəl meyvə yetkinliyini ölçə bilən cihaz hazırlayıb.

AgroExpert.az saytı bu yeni cihazı sizlərə təqdim edir.

Meyvələrdə quru maddələrin miqdarını təyin edən cihaz agroexpert.az
Yeni cihazın tətbiqi istehsal tullantılarını azaldacaq, çünki meyvənin yetişib yetişməməsini əllə təhlil etmək lazım olmayacaq.

Məhsul yığımı metodunu modernləşdirmək üçün işçi qüvvəsindən daha səmərəli istifadə etməyə kömək edəcəkdir. Bu layihədə, ağacın vəziyyətində, məhsuldarlıqda və meyvədəki dəyişiklikləri daha yaxşı əks etdirmək üçün  peyk şəkilləri ilə əl  cihazlarının məlumatları birləşdirilir.

F-750 adı verilmiş bu əl cihazı bağdakı meyvə yetkinliyini zərər vermədən ölçmək üçün hazırlanmışdır. İnfraqırmızı spektroskopiyadan (NIRS) istifadə edərək, F-750 mangonun quru maddəsini ölçür. Bu göstərici meyvələrdə nişasta və şəkərin miqdarıdır.

Avstraliya Sənaye Mango İstehsalçıları Birliyi yüksək məhsul keyfiyyətinə nail olmaq üçün quru maddə spesifikasiyalarını təyin etdi. İndi onlar bu yeni cihaz köməyi ilə yığımadan əvvəl meyvələrinn quru maddə tərkibini müəyyənləşdirmək üçün “Hort İnnovasiya”-nın maliyyələşdirməsi təklif edir. “Hort” İnnovasiya Tədqiqatları və İnkişafı şirkətinin direktoru Alison Andersonun sözlərinə görə, alətin imkanları quru maddənin ölçülməsindən daha genişdir. Bu yeni cihaz mütəxəssislərə həm də məkan məlumatlarını əldə etməkdə kömək edir.. Alət mangonun yetkinliyini qiymətləndirmək üçün xüsusi olaraq hazırlansa da, digər meyvələrə də tətbiq oluna bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!