Məhsuldarlığı artırmaq üçün inəklər üzərində aparılan təcrübələr
Məhsuldarlığı artırmaq üçün mütəxəssislər inəklər üzərində fərqli və qeyri-adi təcrübələr aparıblar. Dünyanın müxtəlib yerlərində aparılan həmin təcrübələrin bir neçəsini sizlərə çatdıracağıq.
Təcrübə 1 – Zebra kimi rənglənən inəklər

Yaponiyalı araşdırmaçılar inəkləri zebra kimi boyayıblar. Bu qəribə addımın atılmasında səbəb çox elmi və faydalıdır.
İnəkləri milçək sancmasından qorumaq üçün çalışan yapon mütəxəssislər həmin qeyri-adi və maraqlı addımı atıblar. Milçəklərin zebra kimi boyadılan inəklərin yüzdə əlli daha az sancdığını müəyyən ediblər.
At milçəkləri tərəfindən daima sancılan və bu vəziyyətdən narahat olan inəklərin rahatlığını təmin etmək istəyən araşdırmaçılar 6 baş inək üzərində təcrübə aparıblar. Bu inəklər qara, qara-ağ və qara xətlərlə rənglənildi. Yarım saat ərzində qara və qara xətlərlə boyadıqları inəklərdə 110 dəfə sancıldığı halda ağ-qara xətlənmiş inəklərdə bunun 60 dəfə olduğu müəyyən edilib.
Bununla alimlər zebra xəttlərinin yalnız estetik olmadığını bir daha təsdiqlədi. Tədqiqatın nəticələrinə görə, zebraların qara və ağ rəngli zolaqlı quruluşu milçəklərin görüntü sahəsini təhrif edir və milçəklər bu rənglər olan ərazilərə qona bilmir.
Milçək dişləmələrindən qurtula bilməyən inəklərin yaşadığı çətinliklər məhsuldarlığa da mənfi təsir edir. Tədqiqatçıların bu təcrübəsi həm inəkləri rahatlaşdıracaq, həm də iqtisadi cəhətdən fayda gətirəcək bir üsuldur.
Təcrübə 2 – İnəklər virtual reallıq eynəyi taxdı

Rusiyadakı fermerlər südün miqdarını və keyfiyyətini artırmaq üçün maraqlı bir təcrübə aparıblar. İnəklərə virtual reallıq eynəkləri taxdıqdan bir müddət sonra həm süd miqdarında həm də keyfiyyətində artım baş verib. Yaz günü ucsuz-bucaqsız bir çəmənlikdə hiss etdirən virtual reallıq eynəyi ilə inəklərin emosional vəziyyətlərinin yaxşılaşdığı məlum olub.
Sözügedən təcrübənin Rusiya Federasiyası Kənd Təsərrüfatı və Qida Nazirliyinin rəsmi saytından verilən açıqlamada paytaxt Moskva yaxınlığındakı bir fermada aparıldığı bildirilib.
Təcrübə nəticəsində bu virtual reallıq eynəklərində əks olunan görüntülərin heyvanların narahatlığını azaltdığı və bu təsirlərin də sürü üzərində özünü göstərdiyi bildirilib.Həmçinin heyvanların verdiyi südüm miqdarının və keyfiyyətinin artdığı da məlum olub.
Təcrübə 3 – “İnəklər üçün Google Translate” adlı proqram hazırlandı

Avstraliya alimləri inəklərin yemək, hava haqqında danışmaq və hiss etdiklərini izah etmək üçün öz aralarında bir dili olduğunu iddia edirlər
Heyvanların danışa bilmədiklərini hər birimiz bilirik. Alimlər yenə insanları təəccübləndirən bir araşdırma aparıbar.
İnəklərin gündəlik həyatda ən çox danışılan mövzularımız barədə fikir mübadiləsi etdiklərini bilirdinizmi? Məlum olub ki, inəklər də danışa bilər…
“İnəklər üçün Google Translate (Google Tərcümə)” olaraq adlandırılan bir proqram yaradan mütəxəssislər heyvanların böyürdükləri zaman əslində nə demək istədiklərini “sözlərə çevirməyə” çalışıblar…
İnəklər sürüylə əlaqə qurmaq ya da həyəcanlarını, streslerini və xəbərdar edildikləri zamanı bildirmək üçün “fərqli bir ton” istifadə edirlər.
Qrup lideri Alexandra Green: “İlk dəfə bu xüsusiyyətlərin qəti sübutunu göstərmək üçün səsi analiz edə bildik” – deyərək yeni araşdırmanın əhəmiyyətini vurğulayıb.
Tədqiqat üçün 13 heyvanın səslərini təhlil etdiklərini deyən Green inəklərin yemək kimi onları xoşbəxt edən şeylər haqqında danışarkən daha tembr səslər çıxardıqlarını söyləyib.
İnəklərin çox sosial və nəcib heyvanlar olduğunu nəzərə çatdıran Green: “Onların hər birinin özünəməxsus səs tonu var, hətta onlara baxmasam da, hansının səsinin olduğunu deyə bilərəm” qeyd edib.
Araşdırma inəklərin yemək gözləyərkən ya da yemək verilmədiyi zaman, qrupdan ayrıldıqlarında, hətta çütləşdikləri zaman öz aralarında danışdıqlarını da sübut edib.