Memar quşlar

Böyüyəndə nə olacaqsan? sualına memar – cavabını vermisinizmi? Bu ixtisasın maraqlı və fərqli tərəflərini düşünmüsünüz? Bir də heyvanlar arasında memarlığın geniş yayıldığını bilirdiniz? Elə isə gəlin sizə bu peşəni universitetdə deyil, doğuşdan öyrənənlərdən – memar quşlardan bəhs edim.

Evsiz olmaz! Hər bir canlının evə ehtiyacı var.
agroexpert.az quş yuvaları

Bizi soyuqdan, istidən qoruyacaq, içərisində özümüzü güvəndə, konforlu hiss edə biləcəyimiz bir evə ehtiyacımız var. Bu istək heyvanlar üçün də keçərlidir. Onların da bir evə, sığınacağa, ən azından başlarını soxa biləcəkləri bir ağacaltı belə olsa, ehtiyacları var. Heyvanlar üçün nadirən kimsə belə bir şərait yaradar. Onlar öz evlərini özləri qurarlar. Həm də fərqli dizaynda, ekolojik materiallarla və bəzən də qeyri-adi yerlərdə.

Quşlar kiçik budaqları, çöpləri usanmadan daşıyaraq yuva qurarlar.

Minlərlə fərqli növə sahib quşlar memar heyvanlar deyilincə ağıla ilk gələnlərdir. Quşlar ev tikərkən inşaatda istifadə etdikləri matreallar əsasən orqanik-ekoloji temiz məhsullar olur: ağac budaqları, yarpaqlar,qabıqlar, torpaq, palçıq, yosun və s. Bu vasitələrnən əvvəlcə yuvanın xarici çərçivəsi qurulur. Sonra boşluqlar yaxşıca doldurulur. Amma ustalıq kiçik detallarda gizlidir…

Quşların yuva qurmalarının əsasə səbəbi isə, yumurtalarını qoruya biləcək, balalarını böyüdə biləcək təhlükəsiz, güvənli bir məkan yaratmaqdır.

agroexpert.az quş yuvaları

Quş yuvaları quşların ölçüləri və növləri qədər fərqlidir. Bəziləri insanı çox heyrətə gətirir. Ağılasığmaz yerlərdə yaradılanlar isə tam başqa bir aləmdir. Çox növdə erkək quş kömək etsə də, yuvanı əsasən dişi quş qurar.

Quşlarda da var – “ehtiyacdan artığını evə aparmaq”. Məsələn çardaq quşları. Yuvalarına daşıdıqları artıq vəsaitlər ətrafa dağılır. Evlərində qoyacaq yer tapmadıqlarndan səliqəsizlik yaradırlar. Əslində isə onlar dekora çox önəm verirlər. İşin içinə sevgi girərsə yuvalarında artıq olan nə isə tapılmaz. Erkək çardaq quşları dişilərini təəccübləndirmək üçün kiçik budaqlardan-çöplərdən çardaq hazırlayar. Çardaqarını diqqət çəkici etmək üçün ətrafdan topladıqları meyvələri, çiçəkləri, yarpaqları, xüsusiylə də rəngli əşyaları ora daşıyaraq bir memar kimi işə başlıyırlar. Bəzədikləri yuvayla dişinin diqqətini çəkməyə çalışırlar. Ən çox sevdikləri rəng isə mavidir.

agroexpert_az qus yuvalari

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!