Mənzildə yetişdirilən çiçəklərə qulluq qaydaları

agroexpert_AZ evde bitkilere qulluq

Bir çox insan həyətini, evini, balkonunu müxtəlif çiçəklərlə bəzəməyi sevir. Onlara qaulluq göstərməkdən zövq alır. Əslində güllər oksigen ixrac etdiyi üçün hər evə lazımdır. Lakin həm də, onlardan birinə birşey olduqda, solduqda, ya da çiçək açmadıqda üzülür, məyus olur. Yetəri qədər qayğı, diqqət göstərə bilmədiyini düşünür. Əgər sizdə belə hallarla rastlaşmısınızsa, o zama aşağıda qeyd olunan qaydaları diqqətlə oxuyun. Bəlkədə bunlardan hər hansı birini doğru yerinə yetirməmisiniz.

İlk olaraq qeyd edək ki, evdə-mənzildə olan bitkinin sağlamlığı üçün lazım olan ən vacib elementlər su və işıqdır.

  • Əksər ev bitkiləri aktiv inkişaf dövrü ərzində suyu torpaq quruyana kimi tamamilə canına çəkməlidir.
  • Mənzildə bitkilər başqa səbəblərdən daha çox, həddən artıq sulanıldığına görə ölürlər. Gülə çox su verməkdənsə müntəzəm az-az sulamaq daha faydalıdır.
  • Mənzildə olan suya insanların təhlükəsizliyi üçün kimyəvi maddələr qatılır, ancaq bitkilər xlor və ya ftorid kimi maddələri sevmirlər, buna görə də gülləri sulamazdan ən azı 24 saat əvvəl suyu açıq qabda saxlamaq lazımdır. Bu zaman kimyəvi maddələr suda dağılır və ya buxarlanır.
Ev bitkilərinizin suya olan ehtiyacını barmağınızı 2 sm qədər torpağa batıraraq anlaya bilərsiniz.

Qurudursa sulamaq lazımdır. Qış mövsümündə çiçəklərin dincəlməsi üçün daha seyrək sulama edilməsi lazımdır. Qışda və payızda gülləri səhər sulamaq lazımdır. Yayda və yazda isə axşamlar. Gülə suyu səhər tezdən və bir də axşam püskürdərkən suyun nə çox soyuq, nə də çox isti olmasına diqqət edin.

Güllərin yarpaqlarının kənarının zəif saralmasını müşahidə etmisinizsə, deməli, siz gülü çox sulamısınız. Bu halda torpaq quruyana qədər gözləyin.Çox sulamaq həm də torpaqda mamır və yosunun inkişafını surətləndirir. Bur çox güllər mart-oktyabr ayları ərzində daha çox su tələb edir, çünki, bu onların böyümə dövrüdür.

Bitkilərin yarpaqlarını ayda bir dəfə nəmli bir süngərlə təmizləyə bilərsiniz. Yarpaqların parlaq və gözəgəlimli rənginin sirri-kamfora spirti əlavə edilmiş suyun püskürdülməsindədir. 1 litr suya təxminən 2-4 damcı spirt qatılır.

Parladıcı sprey, böyük yarpaqlı bitkilərdə istifadə edilə bilər ancaq, afrika bənövşəsi, çiçəkli, tüklü yarpaqlı bitkilərdə əsla istifadə etmək olmaz.

Bitkilər gün işığının azalmasını hiss edir və sakit dövrə keçə bilirlər. Bu zaman güllər daha çox inkişaf edirlər,onda sulamağın miqdarı azaldılmalıdır. Bu dövrdə güllərin torpağı əl ilə toxunduqda 2 sm dərinliyə kimi quruluq hiss olunursa,onları sulamaq lazımdır.

Bitkinin aldığı işığın miqdarı və intensivliyi onun həyatının əsas hissəsini təşkil edir.

Ancaq evdə olan işığın intensivliyi bitkiyə lazım olandan azdır. Kafi işığın olmaması yarpaqların daha solğun, parıltısız və uzundraz böyüməsinə səbəb olur. Bunun qarşısını almaq üçün bitkini pəncərəyə daha yaxın yerləşdirmək lazımdır və ya işıqlanması fərqli olan başqa otağa keçirmək olar. Lakin gülü tədricən daha parlaq işığa öyrəşdirmək lazımdır. Əgər bitkilərin üst qabığı işıq çatışmazlığından yumşalıbsa, onu həddindən artıq parlaq işığın altına qoysanız o gündə yana bilər. Gecələr soyuqdursa, bitkilər işıq sevən olsa belə, heç vaxt pərdə ilə pəncərənin arasına qoymayın. Zərif parçadan olan pərdələr işığı içəri ötürür və bitkilər isti şəraitdə böyüyür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!