Mətbəxdəki kiçik sirlərimiz

Mətbəxdə işimizi asanlaşdıran bir çox üsüllar var.

Bu asan üsüllar bizə zaman qazandıran qısa yollardır. Mətbəxdə böyük görünən çətinlikləri tez zamanda aradan qaldırmaq üçün onlara ehtiyacımız var.

  1. İsti içkini tez bir zamanda soyutmaq üçün buz və duz qarışığı olan qabın içinə qoyun. Daha tez soyuyacaq. mətbəxdə _isti içkini tez soyutmaq üçün..
  2. Soğanın acılığını almaq üçün üstünə isti su əlavə edin. Yeməklərdə və salatlarda soğan istifadə edərkən acı dadının olmasını istəmirsinizsə çox yaxşı üsüldü. Həm ləzzətli olur, həm diriliyi itmir, həm də çox acı olmur.
  3. İstifadə etdiyiniz sousların xarab olmamasını istəyirsinizsə üzərinə bir az zeytun yağı əlavə edərək uzun müddət saxlaya bilərsiniz.
  4. Əgər çoxlu soğan doğrayacaqsınızsa, gözlərinizin acışaraq sulanmaması üçün aradabir bıçağı soyuq suya batırıb çıxarın.
  5. Limonu sıxmazdan əvvəl onu isti suda saxlamaq lazımdır. Bundan sonra o daha sulu olacaq.
  6. Soyulan almanın rənginin dəyişməsinin qarşısını almaq üçün 2 stəkan suya 1 qaşıq bal qatıb almanı həmin suyun içərisində saxlayın.
  7. Kartofların qızılı rəngdə qızarması üçün onları tavaya tökməzdən əvvəl üzərinə xəfif un səpə bilərsiniz.
  8. Yumşaq pendirləri dağıtmadan sürtgəcdən keçirmək üçün əvvəlcə 30 dəqiqə buzda saxlamaq lazımdır.
  9. Kartofların “cücərməsinin” qarşısını almaq istəyirsinizsə, onları saxladığınız yerə bir ədəd alma qoyun.
  10. Sarımsağı asan soymaq üçün dişlərini bıçağın yan tərəfi ilə azacıq əzin. Qabıqlar asanlıqla ayrılacaq.
  11. Yumurtanın təzə olmasını yoxlamaq istəyirsinizsə, bir qaba su tökün və onun içinə salın. Əgər yumurta dibə getsə demək təzədir.
  12. mətbəxdə _yarısı qalmış avakado qaralmasın deyəYarısı qalan avakadonun qaralmaması üçün kəsilmiş soğan ilə birgə saxlamaq lazımdır.
  13. Kartof bişirərkən suyuna bir qaşıq sirkə tökülsə həm rəngi sarı qalar, həm də daha ləzzətli olar.
  14. Əllərdəki soğan və sarımsaq qoxularını apara bilmək üçün ediləcək ən yaxşı üsul qaynadılmış kartofla ovmakdır.
  15. Zəncəfil soymaq üçün qaşıqdan istifadə edin.
Əgər süd yanıbsa, qabın üstünə nəmli ağ bez örtüb, 5 dəqiqə saxlayın. Südün yanıq qoxusu tamamilə itəcək.
  • Sobanıza sinmiş pis yemək qoxuları üçün-yemək bişirməzdənn əvvəl sobanızın ortasına yarısı sirkə, yarısı su ilə doldurulmuş bir tava qoyun, sobanızı bir neçə dəqiqəlik istilədin, daha sonra soyumağa buraxın.
  • Qaz sobasındakı ləkələri təmizləmək üçün ikiyə bölünmüş soğan ideal vasitədir.
  • Bişirdiyiniz keks qəlibindən çıxmırsa qabın altına yaş bir bez yayaraq bir az gözlədin.
  • Kirli tavanı (və ya yağ yanığı olan) tavanı rahat təmizləmək üçün içində duzlu su qaynadın.

 

Ərzaqların faydalarını və ziyanlarını öyrənmək üçün Bax

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика