Xəbərlər

Mexaniki nəqliyyat vasitələri ilə bağlı reydlərə başlanılıb

Traktor, kombayn və digər mexaniki nəqliyyat vasitələri ilə bağlı reydlərə başlanılıb.

2019-cu ilin taxıl yığımı mövsümü ilə əlaqədar olaraq respublika ərazisində taxıl yığımının operativ, səmərəli və qısa müddətdə başa çatdırılmasının təmin edilməsi məqsədilə

Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Xidmətlər Agentliyi tabeliyindəki qurumlara müvafiq tapşırıqlar verilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, ilkin mərhələdə biçinə hazırlıq müddətində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq taxılyığan kombaynların mülkiyyətçilərinə (istifadəçilərinə) taxılyığan kombaynların təhlükəsizlik texnikası üzrə (yanğından təhlükəsizlik) təlimlər keçirilib, taxılyığan kombaynların mülkiyyətçilərinin (istifadəçilərinin) bir hissəsinə təhlükəsizlik texnikası üzrə təlimatlar təqdim edilib, taxılyığan kombaynların dövlət qeydiyyatına alınmasının və dövlət texniki baxışa təqdim edilməsinin fasiləsiz olaraq həyata keçirilməsi təmin olunub.

Artıq biçin mövsümü başlayıb.

Bununla əlaqədar olaraq yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə fiziki və hüquqi şəxslərin mülkiyyətində və istifadəsində olan dövlət qeydiyyatından yayınmış, dövlət texniki baxışından keçməmiş, dövlət qeydiyyat nişanının müəyyən olunmuş yerinə bərkidilmədən, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi olmadan idarə edilən taxılyığan kombaynların və digər mexaniki nəqliyyat vasitələrinin istifadəsini qanuna müvafiq qaydada aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında mövcud razılığa əsasən rayonlarda birgə reydlərə başlanılıb. İlkin olaraq mayın 30-da Kürdəmir rayonunda start verilən reyddə bir neçə qanun pozuntusu aşkarlanıb.

Növbəti günlərdə digər rayonlarda da reydlər keçiriləcək.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!