Meyvə və tərəvəz şirələrinin düzgün qəbul edilmə qaydaları

Meyvə və tərəvəz şirələrinin qəbul edilməsi orqanizm üçün çox faydalıdır. Ancaq onların qəbulu zamanı bir sıra vacib şərtlərə əməl edilməlidir. Çünki bir çoxumuza məlum deyil ki, bu şirələr düzgün qəbul edilmədikdə onların sağlamlığımıza heç bir xeyri dəymir. Hətta bəzən orqanizmə mənfi təsirləri də olur.

Dünya Sağlamlıq Təşkilatı böyüklərin gündə 30 qramdan artıq şəkər qəbul etməmələrini tövsiyyə edir. Bu 150 ml (bir armudu stakan) meyvə şirəsinə bərabərdir.

Meyvə və tərəvəz şirələri çəkildikdən sonra 10 dəqiqə ərzində içilməlidir.

Təzə çəkilmiş şirə bu müddətdən artıq qalanda tərkibindəki bioloji aktiv maddələr dağılır. Yalnız çuğundur şirəsini 2-3 saat saxladıqdan sonra qəbul etmək lazımdır.

  1. İmmun sistemi aşağı olanlar C vitamini ilə zəngin olan portağal, limon və ya qreypfrut şirələri içə bilərlər.
  2. Böyrək problemi olanların limonla cəfəri şirəsinin qarışığını qəbul etməsi məsləhətdir:
  3. Zehni inkişafı geri olanlar və qurd xəstəliyindən əziyyət çəkən uşaqların kök şirəsindən istifadə etməsi çox faydalıdır.
agroexpert.az meyvə və tərəvəz şirəsi - faydaları və ziyanları

Lakin meyvə şirələrinin qədərindən çox istifadə edilməsi yolverilməzdir. 

Təzə çəkilmiş meyvə və tərəvəz şirələrini yeməkdən ən azı 30-40 dəqiqə əvvəl içmək daha faydalıdır. Çünki şirə bu zaman orqanizm tərəfindən daha tez sorulur və biokimyəvi proseslər daha asan gedir.

Bunları etmək qadağandır.
  • Çəyirdəkli meyvələrin (ərik, zoğal, gavalı, şaftalı və s.) şirəsini digər şirələrlə qarışdırmaq məsləhət görülmür.
  • Yeməkdən dərhal sonra şirə içmək, xüsusilə meyvə şirəsi qəbul etmək məsləhət görülmür. Qəbul edilmiş qidanın meyvə şirəsi ilə qarışması bağırsaqlarda qazların yaranmasına səbəb olur.
  • Təzə çəkilmiş meyvə şirələrinin faydalı olduğunu düşünüb qədərindən çox istifadə etmək yolverilməzdir.
Tərəvəz tərkibli meyvə şirələri daha az şəkərli olur, ancaq o da əhəmiyyətli liflərdən məhrumdur.

Tərəvəz tərkibli içkilərdə meyvə şirələrindən daha artıq qida və daha az şəkər var, ancaq bunlar da əhəmiyyətli liflərdən məhrumdurlar. Lif baxımından zəngin bir qidalanma tərzinin ürək-damar xəstəlikləri, iflic, yüksək təzyiq riskini azaltdığı məlumdur. Böyüklərin gün ərzində 30 qram lif alması lazımdır.

Müntəzəm olaraq meyvə və tərəvəz şirələri qəbul etməklə orqanizmi sağlam, gümrah və enerjili saxlamaq mümkündür. 

Tumlu meyvələrin (alma, armud, üzüm və s.) şirəsini isə digər şirələrlə qarışdırmaq olar. Məsələn alma şirəsi ilə kök, yaxud kələm şirəsini qarışdırmaq uyğundur.

Şirələrin qəbulundan sonra dişləri təmizləmək, ağız boşluğunu yaxalamaq lazımdır. Çünki sirələrin tərkibində olan üzvi turşular dişlərin emalına təhlükə yarada bilər.







Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!