Meyvə və tərəvəzləri pestisidlərdən təmizləyən cihaz ixtira edildi
Pestisidlər əleyhinə yaradılan bu cihaz hələki yalnız Çində sınaq rejimində satılır. Pestisid həşərat, kemirgenlər, xəstəliklərə səbəb olan mikroorqanizmlər və yabanı otlar kimi zərərvericilərə qarşı istifadə edilən bütün kimyəvi mübarizəyə verilmiş ümumi bir adadır.
Meyvə və tərəvəzləri pestisid qalıqlarından təmizləyən və dezinfeksiya edən cihaz “Xiaomi” şirkəti tərəfindən hazırlanıb.
Agroexpert.az saytı xarici mediyaya istinadən xəbər verir ki, cihaz məhdud sayda satışa qoyulub. Çinli alıcılar bu yeni bir məhsulu 199 yuan, yəni təqribən 35 manata ala bilərlər.

Təmizləyicinin daxili simsiz batareyası var və enerji doldurulması smartfondan istifadə etməklə həyata keçirilə bilər. Tam dolu enerji ilə onu düz 35 dəfə istifadə etmək olar. Təmizləyicinin ölçüləri 106 x 106 x 74 mm, emal üçün məhsulların yerləşdirildiyi 3 – 8 litr su tutumlu bir konteynerə batırılmasına imkan verir.
Şirkət nümayəndələrinin sözlərinə görə, yeni texnologiya meyvə və tərəvəzlərdəki bakteriyaları zərərsiz maddələrə çevirərək onları məhv edir. O, bunu yüksək effektiv ion təmizləyici texnologiyası sayəsində edir.
İstehsalçıların sözlərinə görə görə, bu cihaz pestisidləri 90% -dən çox, bakterisidləri isə demək olar ki, tamamilə məhv edir.