Meyvələri nə vaxt və necə yemək lazımdır?!

Meyvələri nə vaxt yemək lazımdır?

Hər birimiz meyvəni alarkən, yemək üçün doğrayarkən, onu yeyərkən insan sağlamlığı üçün necə dəyərli bir qida olduğunu düşünürük. Amma bu düşündüyümüz kimi elə də asan proses deyil. Meyvələri yeməyin ən doğru yolu necədir? Yeməkdən əvvəlmi yemək lazımdır, ya yeməkdən sonramı yemək lazımdır?….  Meyvələrin nə vaxt və necə yeyilməli olduğunu hər birimiz bilməliyik.

Meyvələr çox önəmli vitamin mənbəyidir. Onları yeməkdən əvvəl yeməyiniz daha önəmlidir. Meyvələri bu formada yemək artıq çəkilərinizdən azad olmağınızda sizə kömək edəcək. Eyni zamanda gün ərzində görməli olduğunuz işlər üçün sizə lazım olan enerjinin böyük bir hissəsini qarşılamaqda böyük rol oynayacaqlar.

Fərz edək ki, siz yeməkdən sonra bir alma yemisiniz. Bir müddətdən sonra o mədədən bağırsaqlara keçməyə hazır olduğu halda bu proses siz onu yeməkdən sonra yediyiniz üçün baş verə bilməz. Bu müddət ərzində bütün yemək parçalanır, fermentləşdirilir və turşuya çevrilir. Çox kiçik meyvə mədədəki digər yeməklərlə təmasda olur və mədə şirələri bütün yemək kütlələrini parçalamağa başlayar.

Meyvələr yeməkdən sonra yeyildiyində baş verənlər:

meyvələrin düzgün yeyilmə saatları

Bəzən ətrafımızdakı insanların şikayətlərini eşidirik. Yemiş yedikdən sonra çox gəyirirəm, durian(ətri elə də yaxşı olmayan tropik meyvə) yediyim zaman mədəm şişir, banan yediyim zaman özümü yaxşı hiss etmirəm….  Dolu mədəyə yeyilən meyvələr orada olan digər qida qalıqları ilə qarışır. Bu zaman da mədədə qaz yaranır və bu səbəbdən də sizin mədəniz şişir. Elə buna görə də yediyiniz hər hansısa bir meyvənin sizin üçün tam yararlı olmasını istəyirsinizsə, onu ya boş mədəyə yeyin, ya da yeməkdən əvvəl yeyin.

Bəs onları necə yeyək?!

Əgər siz meyvələri yeməyin ən doğru tərzinə hakim olsanız, gözəlliyin, uzun ömürlü olmağın, sağlamğın, enerjinin və normal bədən ağırlığının sirrinə də sahib olarsınız.

Meyvə suyu içməyə ehtiyac duyduğunuzda sadəcə təzə meyvə suyu için. Hazır meyvə şirələri heçvaxt sizin bədəninizin tələb etdiyi vitaminləri ödəyə bilməz. Hətta, qaynadılmış meyvə suyunu da içməyiniz məsləhət görülmür.

Bişirilmiş meyvələri yemək də sizin üçün faydalı olmayacaq. Onlardan sadəcə ləzzət ala bilərsiniz. Bişirilmə bütün vitaminləri məhv edər.

Bütün bir meyvə yemək, onun suyunu içməkdən daha yaxşıdır. Meyvə şirəsi içirsinizsə, onu fasilələrlə içməyə diqqət edin. Çünki udmadan əvvəl onun ağız suyunuzla qarışmasına icazə verməlisiniz.

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

One thought on “Meyvələri nə vaxt və necə yemək lazımdır?!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!