Meyvələrin rəngləri bizə nə deyir?

Tərəvəz və meyvələrin əhəmiyyəti

Bəzi mütəfəkkirlərin fikrincə hər rəng fərqli bir xəstəliyi təmsil edir. Bu səbəbdən rənglər və xəstəliklər arasında əlaqə var. Xüsusilə tünd rəngli qidalarda xərçəngə qarşı qoruyucu vasitə güclüdür. Bu qidaların tərkibində mineral və vitaminlərlə zəngin olan su çoxdur. Gündəlik istehlak edildikdə tərkibləri vücudumuzun ehtiyac duyduğu protein, yağ ehtiyacını ödəyə biləcək qədər zəngindir. Bu səbəblə meyvə və tərəvəz istehlakı insan sağlamlığı üçün son dərəcə vacibdir.

Gün ərzində sağlam bir həyat sürmək üçün tez-tez istehlak etdiyimiz fərqli rənglərdə bir çox meyvə və tərəvəz görürük. Bu müxtəlif rənglər gözəl görünüşdən əlavə bir çoxumuzun iştahına öz təsirini göstərir.

meyvələrin rəngləri haqda agroexpert.az
Meyvələrin rəngləri bizə nə deyir?

Tərəvəz və meyvələrin rəng kodları, yəni rənglərin mənası haqqında bilirsinizmi?

Əslində hər rəngdə olan məhsullardan istehlak edərək bədənimizin ehtiyac duyduğu bütün komponentləri qarşılamaq lazımdır.

Bu yazımızda sizlərə meyvə və tərəvəz rənglərinin mənasını təqdim edəcəyik.

Rəngarəng sağlamlıq

Gündəlik istehlak etməli olduğumuz 5 müxtəlif rəngli meyvə və tərəvəz var və bu sağlamlığımız üçün son dərəcə vacibdir.

Yaşıl rəng: Tərkibində fitokimyəvi maddələr var. Xərçəngə qarşı ciddi bir profilaktik təsir göstərir. Lutein və zeaksantin adlı antioksidantları birləşdirən bu bitkilərin retina və ya sarı ləkə xəstəliyinin müalicəsində istifadə edildiyi bilinir.

Portağal rəngi: İmmunitet sistemini gücləndirən beta-karoten tərkibli bu rəngdə olan bütün tərəvəzlər və meyvələr narıncı qidalardır. Eyni zamanda ağız sağlamlığını qorumaq üçün bu növ sitrus ailəsindən istifadə etmək tövsiyə olunur.

Sarı rəng: C vitamin anbarı sanki bu tərəvəz və meyvələrdədir. Yaralara müalicəvi təsir göstərir və dəri xəstəlikləri üçün də effektiv üsul olduğu bilinir.

Qırmızı rəng: Likopeni ehtiva edən bu qidalar xərçəngə qarşı təsirlidir. Ellag turşusu DNT zədələrinin azaldılmasında faydalı olduğu bilinir. Eyni zamanda, çiyələk və albalıdakı flovonoidlər antioksidan xüsusiyyətləri ilə müdafiə sistemi və hüceyrələri qoruyur. Yəni hüceyrələrin yaşlanmasını gecikdirir.

Ağ rəng: Meyvə və tərəvəzlərdə ağ rəng alicin və quercetin adlanan komponentlər sayəsində ürək xəstəliklərində təsirli olur və immunitet sistemini gücləndirən bir xüsusiyyətə malikdir. Bu rəngdə olan tərəvəz və meyvələrdən sarımsaq və ağşaftalı növünü göstərmək olar. Ağ rəng gül kələminin tərkibində olan  sulforafan olaraq məlumdur və xərçəng riskini azaldır.

Saya biləcəyimiz rənglər arasında ən məşhuru olan bənövşəyi və mavi isə tərkibində antosiyan maddələr ehtiva edir. Üzüm və qırmızı (bənövşəyi) kələm bu xüsusiyyətlər vasitəsi ilə hüceyrələri yeniləyir və yaşlanmasını gecikdirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!