Microsoft fermer təsərrüfatında süni intellekt startup-lara 2 milyon $ ayıracaq.

microsoft agrosektor startuplara 2 milyon yatiracaq“AI for Earth”- kənd təsərrüfatı, su ehtiyatları, biomühitin qorunması və iqlim dəyişiklikləri mövzusunda süni intellekt layihələrini inkişaf etdirmək qayəsi daşıyır.

Microsoftuun daha əvvəl də Google, Facebook və başqa şirkətlərlə Süni İntellekt (AI) çalışmaları olmuşdu. İndi isə cəmiyyətdə qarşılaşdıqları tənqidləri azaltmaq məqsədi ilə, Süni İntellektin imicini artıracaq layihələr də etməyə başlayır.

Şirkət Londonda “AI for Earth” inisativi ilə çıxış edir. Məqsəd,  kənd təsərrüfatı, su ehtiyatları, biomühitin qorunması və iqlim dəyişiklikləri mövzusunda süni intellekt layihələrini inkişaf etdirmək olacaq. Bunun üçün 2 milyon $ yatırım ediləcək. Layihə rəhbəri Lukas Joppa olacaq.

Şirkətin bu sahədə kifayət qədər təcrübəsi mövcuddur. Bu layihə də əlsində Microsoftun bir çox servisini daha çox tətbiq məqsədi daşıyır. İndiyə kimi 3 layihə artıq bu qrantdan pay qopara bilib. Bu layihələr:

  1. Təbii ehtiyatları idarəetmə və monitorinq sistemi
  2. Biofərqliliyin qorunması layihəsi
  3. Fermaların məlumat analizi cihazları ilə təmini layihəsi

Sonda onu da qeyd edim ki, proqramçı ruhum bu işlərin çox da uzaq olmadığını söyləyir. Məsələn, ördək fermasını idarə edən Süni İntellekt hazırlamaq asan olacaq. Burda video analiz, sensorlar, big data texnologiyaları düzgün tətbiq edilsə, fermerin mobil cihazına (telefon vəsair) yüklənən proqram (app) fermanı analiz edib vaxtlı-vaxtında tövsiyyələr verəcək. Təsəvvür edin, telefonun kamerası ilə fermanı çəkirsiz, Süni İntellekt isə sizə deyir ki, filan ördək xəstədir bu dərmanı ver, hovuz çirklənib təmizlə, 5 gündən sonra bala çıxacaq, “bu işin başın burax qaqaş” vəsair. Superdir deyilmi?!

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!