Milli kartof sortlarının toxumları yetişdirilir

Kartof bitkisinin toxumçuluq işlərinin təşkili, ölkənin toxum idxalından asılılığının azaldılması məqsədilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda genişmiqyaslı tədqiqat və istehsalat işləri aparılır.

Tovuz Təcrübə Stansiyasının Sarıtala ərazisində milli kartof sortlarının toxumları yetişdirilir.
agroexpert_Az kartof əkini_ milli kartof sortu _ milli kartof toxumları

Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə olan Sarıtala ərazisindəki əkin sahələrində milli kartof sortlarının toxumları yetişdirilir. Burada rayonlaşdırılmış “Telman”, “Sevinc”, “Əmiri-600” sortlarının yüksək reproduksiyalı toxumlarını istehsal olunur. Bununla yanaşı

  • yeni sort nümunələrinin seleksiyası və kolleksiya materiallarının,
  • bir sıra xarici ölkələrdən gətirilmiş quraqlığa davamlı sort nümunələrinin,
  • botaniki toxumlardan alınmış xəstəliyə davamlı klonların öyrənilməsi də həyata keçirilir.
agroexpert_Az kartof əkini_ milli kartof sortu _ milli kartof toxumları

Biotexnologiya laboratoriyasında əldə edilmiş virussuz kartof miniyumrularının əkinləri də ilk olaraq burada reallaşdırılıb.

Qeyd edək ki, toxumluq kartofun dağlıq ərazilərdə əkini aprel ayının ikinci yarısında, yığımı isə sentyabr ayının ikinci ongünlüyündən oktyabr ayının birinci ongünlüyünə qədər aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!