Min bir dərdin dərmanı

reyhan faydalarıReyhan 5 min ildən çoxdur ki istifadə olunur…

Əsasən subtropik və tropik ölkələrdə yayılan reyhanın dünyada 200-ə qədər növü var. Onların əksəriyyəti xarici görünüşcə oxşar olsalar da, ətirlərinə görə bir-birindən fərqlənirlər.  Vətəni Seylon adası, Asiyanın tropik rayonları hesab olunur. Həmin ölkələrin təbabət və mətbəxində bu bitkidən 5 min ildən çoxdur ki, istifadə olunur. Qədim zamanlarda Aralıq dənizi sahillərində yaşayan xalqlar onu “kralın ətirli bitkisi” hesab edirdilər. Reyhan sözü ərəb mənşəli olub “gözəl qoxu” deməkdir. Bitkinin latınca adı “krallara layiq ətir” mənasını verir.

Qədim Romada belə bir inanc var idi ki, insan reyhan yeyərkən yenidən can qazanır. Hindistanda isə onu müqəddəs bitki hesab edirdilər.

Reyhan nə qədər faydalıdır? 

Qida ilə qəbul olunduqda mədənin həzm prosesinin fəaliyyətini artırır. Orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır. Qanın tərkib hissələrini normal vəziyyətdə saxlayır. Böyrək və sidik yollarının iltihabını aradan qaldırır. Bundan əlavə, qarın köpməsinə, qıcolmaya, mədə soyuqdəymələrinin xroniki proseslərinə, mədə və sidik kisəsi ağrılarına, yaraların və eləcə də boğaz ağrılarına da müalicəvi təsir göstərir. Bizdə əkilən reyhan növünün tərkibində olan kamfora maddəsindən tibbdə yorğunluq nəticəsində əmələ gələn əsəb sarsıntılarında, təngnəfəslikdə, qan dövranı pozğunluqlarında, ümumi zəiflikdə və eləcə də ürək-damar, qızdırma, soyuqdəymə, sancmalar və s. kimi xəstəliklərin müalicəsində istifadə olunur.

Reyhanın növləri.

Hazırda reyhanın ətirli, adi, yevgenolnanəyarpaq növlərindən daha çox istifadə olunur. Ölkəmizdə yalnız adi reyhan becərilir.

Adi reyhan ətirli və ədviyyəli xüsusiyyətə malikdir, xoş iyinə görə mixəyi və muskat tozunu xatırladır. O universal otlardan biridir. Həm ayrıca istifadə olunur, həm də digər bitki və ədviyyatlarla birlikdə yeməklərdə istifadə olunur.
Ətirli reyhan  çiçəklərində  0,3-1,5%, yaşıl yarpaqlarında isə  0,04-0,50% efir yağı vardır. Ən çox efir yağı bitki tam çiçək açdığı zaman toplanır. Efir yağının əsas komponentləri evgenol, metilxavikol, lina-lool, kamfora və osimendən ibarətdir. Toxumlarının tərkibində 12-19% piyəbənzər yağ maddəsi tapılmışdır.

Yevgenol Yaşıl kütləsindən efir yağı alınır. Efir yağının tərkibində 7%-ə qədər yevgenol, metilxavikol, kamfora və osimen maddələri vardır. Efir yağından alınan yevgenoldan xoş ətirli maddə kimi ətriyyat və yeyinti sənayesində geniş istifadə edilir. Yevgenol dezinfeksiyaedici vasitə olaraq dişin dibindən gələn xoşagəlməz qoxuları yox etmək üçün də işlədilir.

Nanəyarpaq Meyvəsi dürd çılpaq uclu, qara rəngli fındıqçadan ibarətdir. 100 ədədinin çəkisi 0,5-0,8 qramdır. Bundan alınan efir yağının tərkibində 60-70% kamfora birləşmələri tapılmışdır. Reyhan cinsinin subtropik və tropik ölkələrdə xalq təsərrüfatı əhəmiyyətli daha iki növünə – çılpaq və kilimancar reyhanına rast gəlinir. Çılpaq reyhanın hər hektar sahəsindən tərkibində 30-35% kamfora maddəsi olan 50 kq efir yağı alınır.

 

Bitkilər haqqında öyrənək…

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

0 thoughts on “Min bir dərdin dərmanı

  • November 28, 2017 at 2:13 pm
    Permalink

    Cox qozel ve faydali 💪👍👍👍

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!