Min illik şəfa və gənclik iksiri – Sümük suyu

sümük suyu haqqında. sümük suyunun faydaları

Bahalı vitamin, mineralları və kremləri bir kənara buraxmağın zamanı gəldi. Çünki Agroexpert.az saytı Saglamolun.az saytına istinadən bütün bunları əvəz edəcək daha sağlıqlı bir alternativin varlığından bəhs edəcək.

“Təbiətin multivitamini” adlandırılan sümük suyu cildin, sümüklərin, immun və həzm sisteminin ən yaxşı qoruyucusu hesab edilir.

Tibbin atası olan Hippokrat xəstəliklərin bağırsaqlardan başladığını deyib. Buna görə də bədənimizi müalicə edərkən ilk növbədə bağırsaqlardan başlamalıyıq. Bağırsaqların müalicəsində ən effektiv üsul isə sümük suyundan istifadə etməkdir.   Bu suyun artıq professional satışı ilə məşğul olan kafelər belə açılıb.

Əslində sümük suyu ta qədim zamanlardan mövcud olub.

Belə ki, əcdadlarımız ovladıqları heyvanların yeyə bilmədikləri parçalarını israf etməmək üçün qaynadıb suyu içirmişlər. Sümük suyunu heyvanın qığırdaq, sümük, ilik, dəri kimi parçalarını uzun müddət qaynadaraq əldə ediblər.
Bu parçaları uzun müddət az odda bişirmək kolagen, qlutamin, prolin, qlisin kimi aminositlərin üzə çıxmasını təmin edir.
Mütəxəssislər kalsium, maqnezium, fosfor, silikon, sulfur kimi mineralların sümük suyunun tərkibində bədənin asanlıqla qəbul edəcəyi formada olduğunu deyir.


Sümük suyunun faydalı ola bilməsi üçün hazırlanma prosesi çox önəmlidir. Burada sərbəst formada hərəkət edən və orqanik qidalarla bəslənən heyvanların sümüyündən istifadə etmək vacibdir. Sümük suyu jelatin formasına gələnə qədər bişirilməlidir. Sümük suyunun daha dadlı olması üçün suda bişirməzdən əvvəl sobaya qoymaq olar. Əlavə olaraq, 2-3 qaşıq alma sirkəsi, sarımsaq və cəfəri qatmaq sümük suyunu daha dadlı və faydalı edir.


Sümük suyunu bişirilmiş halda 3 ay müddətində soyuducuda saxlamaq mümkündür.
Xüsusilə, soyuq aylarda istifadəsi daha effektiv olan bu təam uşaqlar üçün əvəzedilməz immun qoruyucusu, qadınlar üçün cavan qalmağın ən yaxşı üsulu və yaşlılar üçün sümük ağrılarının təbii dərmanıdır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107