Möcüzəli tərəvəz dərmanı

Biz hamımız bilirik ki, balqabaq çoxlu vitaminlərlə zəngindir. Bu tərəvəz, demək olar ki, bütün xəstəliklərin profilaktik və mualicəvi dərmanıdır. İnternetdə hər xəstəliyin mualicəsi üçün müxtəlif reseptlər var, lakin tənəffüs və öskürək üçün məlumat azdır.

Möcüzəli tərəvəz dərmanı

möcüzəli tərəvəz dərmanıBeləliklə, artıq qeyd etdiyimiz kimi, bügünkü məqalənin mövzusunu möcüzəli tərəvəz dərmanına həsr etdik, yəni onun qarşısının alınması haqqında. Beləliklə, ön araşdırma aparıldıqdan sonra, sizinlə bu məlumatı paylaşırıq.

Birincisi, bəzi ölkələrdə necə və nə üçün istifadə olduğunu diqqət yetirin. Misal üçün, Çində bu tərəvəz, uşaqlar və hamilə qadınlar üçün, gündəlik əsas sağlam yemək hesab olunur. ABŞ-da balqabağı artıq çəki ilə əziyyət çəkən insanlar istifadə edirlər. Rusiyada isə anemiya, ürək-damar çatışmazlığı, ateroskleroz, hipertaniya və digər xəstəliklər üçün istifadə olunur.

Tərəvəz dərmanı nəyə faydalıdır?

Balqabaq hər tərəfli faydalıdır. Yəni, onun yalnız şirəsini qəbul etmirlər, tərəvəzin həm özünü, həm toxumunu, həm də çiçəyini və yarpaqlarını istifadə edirlər.

Əgər tənəffüsdə narahatlıq varsa, öskürəkdən əziyyət çəkirsinizsə, təzə sıxılmış balqabaq suyunu çəkin. Gündə 2 dəfə 0.5 fıncan qəbul etmək məsləhətdir.

agroexpert_az_tənəffus_ucun_mesqHəm də, qeyd edək ki, ondan tüberkülöz və diş çürüklərin qarşısının alınması üçün də istifadə olunur. Bundan əlavə, siz balqabağı ayraraq, hər səhər püre kimi, axşam isə pəhriz yeməyi kimi yeyə bilərsiniz.

Beləliklə, yuxarıda göstərilən prosesin daha çox effektli olması üçün, tənəffüs və öskürəyə qarşı xüsusi məşqlər var. Hər səhər 10 dəqiqə vaxt ayırıb məşq edin. Sağlam olun! 🙂

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!