Möcüzəvi arı südünün faydaları

İmmunitet sistemini gücləndirən arı südü bir çox xəstəliyə qarşı qoruyucu təsirə malikdir, eyni zamanda cavanlaşdırır.

Arı südü nədir?

Arı tərəfindən istehsal olunan ağ, krem konsistensiyalı bir mayedir. İşçi arılar tərəfindən istehsal olunan arı südü, yalnız ana arı tərəfindən istehlak edilir. Ana arının digər arılara nisbətən 10 dəfə daha uzun yaşamağı, çox daha iri olmağı, gündə 2500 dəfə yumurta qoymağı, zəngin məzmunlu bir qida olan arı südü sayəsində mümkün olur.

Arı südü necə istifadə edilir?

 Balın içərisinə qarışdırılıb məcun kimi istifadə edilən arı südü, tək başına və ya içkiyə  qarışdırılaraq da almaq olar. Çox miqdarda istifadə edilməməlidir, gün ərzində maksimum 1 qram qədər istifadə edilməlidir. Kiçik uşaqlarda isə miqdarı yarıya endirmək tövsiyyə olunur.

Arı südünün faydaları nələrdir?

  •  A, B1, B2, B3, B5, B6, B9 (fol turşusu), B12, C, D, E, K vitaminləri baxımından zəngindir.
  •  Kalsium, mis, dəmir, ftor, yod,  maqnezium, manqan, fosfor, kalium, selen, sodium, hidrogen-sulfid, sink mineral daxildir.
  •  17 növ amin turşu ehtiva edən bu süd, immunitet sistemini gücləndirmək üçün birə-birdir.
  •  Plastik məhsullardan keçərək sağlamlığımızı mənfi təsir edən, uşaqlarda böyümə və davranış pozuntularına səbəb olan Bisfenol A (BPA) maddəsinin təsirlərini azaldır. Aparılan araşdırmalar, arı südünün BPA-nın təsirlərini neytrallaşdırdığını ortaya qoymuşdur.
  •  Qan təzyiqini  tənzimləyərək təzyiq və bənzəri şikayətlərin azaldılmasını təmin edir, ürək-damar sağlamlığını qoruyur.
  • arı südü haqqinda Enerji verir, bədəni canlandırır.
  •  Daha sağlam bir yuxu üçün köməkçidir.
  •  Stressin bədən üzərindəki mənfi təsirlərini azaltmağa köməkçi olur.
  •  Tərkibindəki vitamin və minerallar bədəndəki kollagen istehsalını dəstəkləyərək saçlara və dəriyə gözəllik, canlılıq verir.
  •  Çox yaxşı bir yara sağaldıcıdır.
  •  Şəkər xəstələri tərəfindən inamla istifadə ediləcək bir məhsul olan arı südü, qan şəkərini tarazlaşdırmağa köməkçidir.
  • Beyin sağlamlığını və sinir sistemini qoruyur, Alzheimer kimi xəstəliklərə qarşı qorunmağı asanlaşdırır.
  • Nizamlı olaraq istifadə edilən arı südü, sperma sayını artırmağa köməkçi olduğu kimi, qadınlarda da hormonal tarazlığı qorumağa köməkçi olur.
  •  Cinsi gücü artırır.
  •  Mövsüm dəyişməsi ilə əlaqədar baş verən yorğunluq, həddindən artıq yuxu istəyi kimi halların qarşısını alır.
  •  Depressiya, təşviş, təlaş kimi psixoloji narahatlıqların qarşısını almağa köməkçi olur.

 

Arılar haqqında digər məqalələrə bu bölməmizdən baxa bilərsiniz.

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!