Möcüzəvi balıq yağının faydaları və zərərləri

Sağlam, uzun və xoşbəxt bir həyata sahib olmağın ən əsas şərtlərindən biri də sağlam qidalanmaqdır. Amma bu “sağlam qidalanma” insanın həyatına elə fərqli bitkilər, məhsullar daxil edir ki, hər gün yenidən təəccüblənirik. Son on ildə hər yerdə qarşımıza çıxmağa başlayan kinoalar (quinoa-taxıl növü), çia (chia) toxumları, bir də əslində uşaqlığımızdan bəri adını tez-tez eşitdiyimiz, hətta bir çoxumuzun ana təkidiylə istifadə etdiyi balıq yağları var. Faydalı olduğu deyilən balıq yağının əslində faydaları nələrdir və necə istifadə edilir? Agroexpert.az balıq yağının faydaları və zərərləri haqqında məlumatı təqdim edir.

Balıq yağı nədir?
balıq yağı

Balıq yağı, ən az bir dəfə istifadə edən hər kəsin dərhal deyəcəyi kimi, həqiqətən, balıqlardan əldə edilən yağdır. Ancaq hər balıqdan yox, ümumiyyətlə, somon balığı, tunes balığı, skumbriya, sardalya kimi içindəki yağ nisbəti zəngin balıqlardan əldə edilir. Bu yağ əldə etmə prosesinin də əsasən soyuq sıxma, ya da presləmə üsulu istifadə edilməklə aparıldığı məlumdur.

Orqanizmimiz üçün olduqca dəyərli olan omega-3 yağ turşuları baxımından zəngin bu yağ sayəsində orqanizmimiz maddələri öz-özünə istehsal edir, eyni zamanda sağlam bir həyat üçün çox vacibdir.

Balıq yağının faydaları nələrdir?

Satışda həm maye, həm də qatı həb/ kapsula şəklində olan balıq yağının faydaları aşağıda saydıqlarımızdır.

  • Balıq yağı, qanın bədənimizə rahat bir şəkildə yayılmasını təmin edir.
  • Təbii olaraq yüksək qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır.
  • Yüksək xolesterinin düşməsində də təsirli olur, pis xolesterini tənzimləməyə köməkçi olur.
  • Bütün bu xüsusiyyətləri ilə rahatlayan damarlar və sağlam qan axını da ürək və damar sağlamlığını qoruyur. Ürək tutması, iflic, infarkt kimi bir çox ciddi problemlə üzləşmə riskini azaldır.
  • Balıq yağı, bədənin müxtəlif yerlərində yaranan ağrıların da sürətlə keçməsinə köməkçi olur.
  • Beyinin funksiyalarını sağlam bir şəkildə yerinə yetirməsinə dəstək olduğundan yaddaşı gücləndirdiyi də bilinir. Xüsusilə böyümə dövründəki uşaqların beyin inkişafında olduqca təsirli olduğu deyilir.
  • Eyni şəkildə konserntrasiya olmaqda çətinlik çəkənlərin, diqqət dağınıqlığı olanlara çox yaxşı təsir edir.
  • Beynin sağlam işləməsinə dəstək olmaqla yanaşı mənfi ruh hallarının öhdəsindən gəlməyimizə dəstək olur.Səbəbi bilinməyən kədər, həyəcan, qəzəb kimi depressiv halların daha sürətli bir şəkildə keçirilməsini təmin edir.
  • Bu xüsusiyyəti sayəsində balıq yağı, depressiya üçün də ən çox təklif edilən məhsullardan biridir.
  • Balıq yağı əzələ və sümüklərimizə də müsbət təsir göstərir, sümüklərin güclənməsini təmin edərkən əzələlərin da azalmaması, əksinə çoxalması üçün əlindən gələni edir.
  • Tərkibindəki yağ turşuları sayəsində balıq yağı dəri sağlamlığını da dəstəkləyir, dərinin yenilənməsinə dəstək olur.
  • Xüsusilə quru dərilərdə nəmləndirici təsirini göstərərək daha parlaq və nəm bir dəriyə sahib olmağımızı təmin edir.
    -Sızanaq və aknelərin sağalma prosesini sürətləndirir.
  • Yaşlanma əleyhinə bir təsir yaradaraq qırışıqlarla mübarizə edir.
  • Günəşin zərərli təsirlərindən dərini mümkün qədər qoruyur.
Balıq yağı necə istifadə edilir?

Balıq yağını orqanizmə bir çox təsiri olduğundan mütləq mütəxəssis bir həkim nəzarətində istifadə edilməlidir.

Xolesterin, təzyiq, ürək və beyin kimi həyati problemlər və orqanlar üzərində təsirli olduğundan gün ərzində neçə doza qəbul etməyin lazım olduğunu mütləq məsləhətləşərək edin.

Əlbəttə, həkiminizin təklifi ilə istifadə etməyə başlamazdan öncə, bu balıq yağını aldığınız yerin də etibarlı bir yer olmasına diqqət etməlisiniz. Çünki balıq yağı qiymətli bir yağ olduğundan təəssüf ki, saxtalarına rastlaşma ehtimalınız da daha yüksək olur.

Balıq yağının zərərləri nələrdir?

Hər şeydə olduğu kimi balıq yağı mövzusunda da təmkinli davranmaqda, bir yan təsiri varsa öyrənməkdə fayda var deyir və balıq yağının mümkün zərərlərini da sıralayırıq: Əvvəla, xroniki və ciddi narahatlığınız varsa və ya orqanizminiz allergik reaksiyalar göstərən həssas bir quruluşa sahibdirsə mütləq həkiminizlə məsləhətləşin.

Eyni şəkildə, vitaminlər və doğuma nəzarət həbləri da daxil olmaq üzrə fərqli bir dərmanı nizamlı olaraq istifadə edirsinizsə də həkiminizə məsləhətləşmədən balıq yağı istifadə etməyiniz məsləhət görülmür.

Əgər balıq yağı istifadə etməyə qərar versəniz əvvəl mütləq həkiminizin yolunu tutun və ona məsləhətləşərək hərəkət edin. Əgər həkiminiz təklif etmirsə heç vaxt istifadə etməyə çalışmayın. Həkiminiz istifadə etməyinizi tövsiyə etdisə də onun dediyi dozalarda və şəkillərdə istifadə etməyə diqqət yetirin.

Son olaraq, əlbəttə, ən təbii balıq yağını həftədə 2-3 dəfə təzə balıq yeyərək də əldə edə bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!