Möhtəşəm manqal ziyafəti üçün tövsiyyələr

Yay aylarında, xüsusilə həftəsonlarının ən sevilən məşğuliyyəti manqal yandırmaqdır. İstər eyvanda, istər bağçada, istəsəniz də tapdığınız ən uyğun açıq sahədə manqal yandıraraq sevdikləriniz üçün dadlı ətlər bişirə bilərsiniz. Ləzzətli bir manqal hazırlamaq üçün ətin dadı və keyfiyyəti olduqca əhəmiyyətlidir. Bu səbəblə Agroexpert.az manqal ziyafəti üçün ətin hazırlanmasına dair tövsiyyələri təqdim edir.
Manqal ziyafəti üçün ət seçimini düzgün edin
Əgər dana əti sevirsinizsə bonfile, ya da antrikot manqalda ləzzətli olacaq. Quzu əti kimi daha yumşaq bir ət növü üçün isə quzunun qabırğasından alınan nazik pirzola sizin üçün doğru seçimdir.

Əti marinə edin
Manqalda bişiriləcək ətin dadını və konsistensiyanı tutması marinə prosesi ilə bağlıdır. Bunun üçün müxtəlif marinə reseptləri tətbiq edilə bilər. Marinə prosesində sousun qədərini yaxşı nizamlamaq da çox əhəmiyyətlidir. Nə artıq sous ilə konsistensiyanı pozun, nə də az sous ilə arzu etdiyiniz daddan məhrum olun.
Əti “möhürləmə” edərkən sulu buraxın
Bir manqal ziyafəti üçün ət hazırlığındakı vacib nöqtələrdən biri də ətin “möhürlənmə” prosesidir. Ətin quru olmaması və konsistensiyanı tutub dadını gözəlləşdirilməsi üçün ət bir az sulu qalmalıdır. Bu şəkildə həm konsistensiya, həm də dadın ən ideal halı əldə edilir.
Ətin qalınlığı yaxşı nizamlanmalıdır
Bəzi ətlər daha yaxşı bişməsi üşün uyğun qalınlıqda olmalıdır. Yəni ət nə çox incə olmalıdır, nə də çox qalın doğranılmalıdır…Bu səbəbdən də ideal qalınlıqda olan ətin daha yaxşı bişdiyini görə bilərsiniz.
Ətin düzgün temperaturda saxlanılması və dinləndirilməsi

Daha çox bir gün əvvəl hazırlanan manqal ətlərini düzgün dinləndirilməsi vacibdir. Bu səbəblə də mühit şəraitinin stabil, hava temperaturunun aşağı olmasına diqqət edin. Beləliklə, həm ətin xarab olmasının qarşısını alarsınız, həm də ətin dadını və konsistensiyanı qorumuş olarsınız.
Dadlı kabablar hazırlamaq üçün bu bölməmizdəki reseptlərdən istifadə edə bilərsiniz.