Mövsüm meyvələrinin pərakəndə qiyməti – bazar və market fərqi

Korona virusun ən çox yayılan vaxtında hər kəsin vitaminli qidalarla, ən əsası da təmiz mövsümündə yetişən meyvə tərəvəzlər istehlak etməyi lazımdır. Keçən yazlarımızda sizlərə ərik və gilas yetiştirməyin, eləcə də satış qiymətlərinin aşağı düşdüyünü və fermerlərə sərfəli olduğunu bildirmişdik.

Ərik və gilas qiymətləri fermerlərə sərfəlidirmi?

Marketlərdə mövsümi meyvələrin qiymətləri niyə bahadır?

Bazar qiymətlərinə görə meyvə qiymətləri alıcı üçün sərfəli olsa da, marketlərdə meyvə satışı bazar qiymətlərindən çox bahadır.

Əslində məhsulun bol olmasına görə ərik, gilas, albalı, çiyələk kimi meyvələrin qiyməti ötən illə müqayisədə aşağıdır.

marketlərdə meyvə tərəvəz qiymətləri agroexpert.az

Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə bu haqda münasibət bildirərkən cari mövsümdə ən bahalı gilasın 3,5 AZN-ə təqdim olunduğunu bildirib.

“Hazırda kartof, soğanın keçən illə müqayisədə qiymətləri aşağıdır. Keçən il pərakəndə satışı 50 qəpik olan soğan bu il 30 qəpikdir. Həmçinin gilasın da pərakəndə satış qiyməti 1,5 AZN, 2,5 AZN və 3,5 AZN arasında dəyişir.

Supermarketlərdə meyvə və tərəvəz qiymətlərinin bazarlara nisbətən yüksək olması təbiidir. Supermarketlərdə isə meyvə-tərəvəz məhsullarının qiymətinin bazarlara nisbətən yüksək olması sırf iqtisadi səbəblərdən irəli gəlir. Supermarketlərdə dövriyyə anlayışı var və orada meyvə-tərəvəz dövriyyəsi elə də yüksək deyil. Üstəlik bazarda satılan məhsulun, demək olar ki, hamısı satılır və tullantı az olur. Amma supermarketlərdə alıcılar seçim edir və tullantıları çox olur. Marketlərin açıq bazardan fərqli olaraq infrastruktur xərcləri çoxdur. Bütün bunları nəzərə alsaq, gələcəkdə supermarketlərdə meyvə-tərəvəzin malik olduğu pay 10-15%-dən 60-70%-ə yüksəlməsi gözlənilir və bu zaman qiymətlər bazarlarla bərabərləşmiş olacaq”. 

F. Fikrətzadə hər gün bazarlarda müşahidə aparıldığını və karantinlə əlaqədar satış məsələsində heç bir problem olmadığını qeyed edib: 

“Hazırkı rejimdə Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq kənd təsərrüfatı məhsullarının həm istehsal fəaliyyəti sərbəstdir, həm onlara xidmət göstərən servislərin fəaliyyətinə icazə verilib. Bundan əlavə olaraq onların məhsulunu toplayıb daşımaqla məşğul olanlar sərbəst işləyirlər”. 

Supermarketlərdə qiymətlər

Qeyd edək ki, hal- hazırda böyük supermarketlərdə mövsümi meyvələrin və tərəvəzlərin qiyməti belədir:

  • 1kq çiyələk – 4.50 azn
  • 1 kq ağ gilas – 3.50 azn
  • 1 kq qara gilas – 3 azn
  • 1 kq “öküzürəyi” gilas – 7.50 azn
  • 1 kq albalı- 2.50 azn, 5 azn
  • 1 kq ərik- 4.80 azn
  • 1 kq gavalı- 1. 80 azn
  • 1 kq alça- 3 azn, 6 azn
  • 1 kq qarpız- 0.45 azn
  • 1 kq yemiş- 0.80 azn
  • 1 kq kartof- 0.60 azn, 1 azn
  • 1 kq soğan- 0.50 azn

Dünyada get-gedə kəskinləşən koronavirusdan azad olan ölkələr..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!