Sağlam qidalanma

MSG nədir?

Son günlərdə ən çox müzakirə olunan mövzular arasında “MSG nədir?” başlığı diqqəti cəlb edir. Monosodyum Glutamat (MSG) – daha çox Çin duzu adı ilə məşhurdur. İlk dəfə 1900-cu illərdə Yaponyada kambu adlanan bitkinin suyunun kristallaşmasından əldə olunmuşdur. Sonralar isə Çində daha da məşhurlaşmağa və dünyaya yayılmağa başladı. Bəs bu duzu digərlərindərindən fərqləndirən əsas cəhət nədir?

Bir çox qidaları yedikdə onların dadından doymaq olmur. İnsan yedikcə yemək istəyir. Bəs Siz bunun səbəbini heç düşünmüsünüz mü?

Msg nədir? Çin duzu haqqında nə bilir. adi duz kimi almaq mümkündürmü?

Bunun əsas səbəbi elə həmin qidaların tərkibində MSG-nin olmasıdır. Digər duzlardan fərqli olaraq bu duzun ayrılıqda heç bir dadı yoxdur. Ancaq, hər hansı bir qidaya əlavə olunduqda həmin qidanın tərkibindəki dadları daha da gücləndirir. Sanki onların ləzzətini 1-ə 10 artırır. Ət, balıq, toyuq, tərəvəz, sous, sup və s. bu kimi bir çox yeməyin tərkibində dadlandırıcı olaraq bu duzdan istifadə olunur. Günlük həyatımızda bir çox qidaların tərkibində bu duza rast gələ bilirik:

  • Cips və cips bənzəri qidalarda
  • Ət, toyuq suyu tabletlərində
  • Paketlənmiş suplarda
  • Qatı yağlarda
  • Hazır toyuq və ət məhsullarında (hamburger, nugget və b.)
  • Çin və s. yeməklərində
  • Paketlənmiş digər qida məhsullarında və s.

“Çin duzunun bizə ziyanı varmı?” sualı bizi narahat edir.

Bu haqda  Amerika, Avstraliya kimi ölkələrdə araşdırmalar aparılmış və Çin duzunun insan bədəninə heç bir ziyanı olmadığı qeyd olunmuşdu. Hətta siçanlar üzərində təcrübə aparılmış, yüksək dozda monosodyum glutamat verilməsinə baxmayaraq onların zəhərlənmədiyi görülmüşdür. Bunun nə qədər doğru olduğu isə mübahisəlidir. Boşuna deməyiblər “hər şeyin artığı ziyandır”. Bu duz haqqında geniş araşdırma aparıb görə bilərik ki, bu duz əslində insan bədənində təbii şəkildə yaranır. Kənardan eyni maddənin bir də qəbul olunması əlbəttə ki, bəzi fəsadlara səbəb ola bilir.

Çin duzu - MSG nədir və necə istifadə olunur
Təhlükəli olan MSG. Siçanlar üzərində aparılan təcrübə və nəticəsi.

Böyümə çağında olan uşaqların, eləcə də böyüklərin bu qədər çox fast-food, cips, hamburger və bu kimi bir çox qidalardan istifadə etməsi bir müddət sonra qorxulu nəticələrin yaranmasına səbəb ola bilər:

  • Yeniyetməlik dövründə olan uşaqların tez-tez MSG-li məhsullardan istifadə etməsi nəticəsində böyümə hormonları təsir altına girər və inkişaflarında geriləmə yarana bilər.
  • Bədəndə insulin hormonunun səviyyəsini artırdığı üçün diyabed xəstəliyinə səbəb ola bilər.
  • Sinir sisteminə etdiyi təsir nəticəsində bir çox xəstəlikləri yaradar.
  • Tərkibində bu duz istifadə olunmuş qidaları yedikdə doyma hissi olmadığı və davamlı ondan yemək istədiyimiz üçün qarşısını ala bilmədiyimiz kökəlmələrə gətirib çıxara bilər. Bu siyahını istənilən qədər artırmaq mümkündür.

Son olaraq deyə bilərik ki, bu cür qidalardan həm özümüz uzaq olaq, həm də uşaqlarımızı uzaq tutaq. Artıq MSG-nin nə olduğunu bilirik. Öz məhsullarını geniş kütləyə satmaq və ondan asılı hala salmaq məqsədi güdən insanlara aldanmayaq.  Unutmayaq kimyəvi yollarla hazırlanan bir maddə heç zaman bizim xeyrimizə olmaz. Dostlar, daim sağlam qalmağa və bunun üçün sağlam qidalanmağa çalışaq.

Müəllif: İlhamə Həsənova

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!