Müasir biznes model-Aqroparklar

Aqrar sahə istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan bütün ölkələrdə əhalinin gündəlik qida tələbatını ödəməsi, sənayeni xammalla təmin etməsi və sənaye məhsullarına tələb yaratması, ÜDM və ixracatda rolu baxımından daima  digər sahələrdən üstün olmuşdur. Əhalinin sayı ilə kənd təsərrüfatına yararlı torpaqların inkişafı tərs mütənasib olduğundan məhsuldarlığın artırılması məsələsi indiki vaxtda daha çox önəm kəsb etməyə başlamışdır. Bu məsələni uğurla həll etmək üçün aqrar sahənin inkişafı və dayanıqlılığının təmin edilməsi məsələsi bioloji, ekoloji, iqtisadi və sosial tərəfləri ilə birgə qiymətləndirilməlidir.

Əhalinin zəruri ərzaq malları ilə təminatı strateji məsələ olduğundan daima dövlətin birbaşa nəzarətində olur. Buna görə də aqrar sahənin inkişaf səviyyəsi baxımından inkişaf etmiş ölkələr həmişə üstün mövqedə olmuşlar. 

Kənd təsərrüfatı məhsulları ixracında paylarına görə ölkələr siyahısında ilk beşlik ABŞ, Braziliya, Çin, Kanada və Hindistandır.

Ayrı-ayrı məhsul növləri üzrə Türkiyə, Rusiya, Almaniya, İtaliya, Misir və İran respublikaları da ön sırada yer alır. Qardaş Türkiyə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2013-cü il məlumatlarına əsasən fındıq, heyva, albalı, əncir, və ərik istehsalı üzrə dünya lideri, həmçinin, müxtəlif məhsullar üzrə ilk beşlikdə yerləşir. 

aqroparklar

Aqroparklar

2014-cü ildə Şəmkir şəhərində ilk aqroparkın təməli atılmışdır. Təməlqoyma mərasimində iştirak edən ölkə başçısına İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “Aqropark” inkişaf konsepsiyası barədə məlumat vermişdir. “Bildirmişdir ki, bu konsepsiya ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.” “Şəmkir Aqropark” bir və ya bir neçə növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və marketinqi ilə əlaqədar fəaliyyətlərin vahid istehsal məkanında, bir ərazidə kombinə olunmuş təsərrüfatçılıq subyektidir.

İnformasiyaya malik olmağın əsas güc və gəlir mənbəyi olduğu, rəqabət üstünlüyü əldə etməyin iki əsas üsulundan biri olduğu və əhəmiyyətinin günbəgün artdığını müasir iqtisadiyyat şəraitində təbii olaraq əsas informasiya istehsalçıları olan ali məktəblərin və elmi-tədqiqat institutlarının əhəmiyyəti daha da artmışdır. Aqrar mütəxəssislərin hazırlanması sahəsində Azərbaycanda yeganə ixtisaslaşmış ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetində də son zamanlar ölkədə həyata keçirilən məqsədyönlü tədbirlərdin tərkib hissəsi olaraq: elmi-texniki baza yenilənir, yeni laboratoriyaların, mərkəzlərin yaradılması və təhsilin keyfiyyətinin artırılması istiqamətində uğurlu işlər görülür.

Buna nümunə olaraq Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəz­dində təşkil edilmiş ümumi sahəsi 254  olan “Quşçuluq tədris-təc­rübə mərkəzi” göstərilə bilər. Mərkəzin 200  sahəsində müa­sir tələblərə cavab verən ferma inşa edilmiş, 30 ərazidə laboratoriya yaradılmış və avadanlıqlarla təchiz olun­muşdur. Burada kənd təsərrüfatı quşlarının bəs­lən­məsi, yetişdirilməsi, tələbələrə quşçuluq sahəsində mü­asir texnologiyaların öyrədilməsi, elmi-tədqiqat işlərinin aparılması, zootexniki-baytarlıq tədbirlərinin aparılma qaydaları, müasir diaqnostika üsullarının tətbiqi və s. bu kimi işlər həyata keçi­rilir. Mərkəzdə 30-35 gün ərzində ilk mərhələdə 3000 ədəd və ikinci mərhələdə 1500 ədəd broyler cinsli quş yetiş­diril­mişdir. Mərkəzdə 4 nəfər tələbə işlə təmin edilmişdir.

Universitetdə quşcuğun inkişafı məqsədilə yaradılmış ikinci mərkəz 2015-ci ildən əsası qoyulan bildirçin yetişdirmə üzrə tədris mərkəzidir.  Mərkəzin əsas məqsədi tələbələrə tədris prosesinin təcrübi hissəsini çatdırmaq və  laboratoriyalar vasitəsilə eksperimental təsərrüfatlarda gələcək peşəsinə dair praktik biliklərlə sahib olmağa imkanın yaradılmasıdır. Bildirçin yetişdirmə üzrə Tədris mərkəzinin işinin əsas istiqaməti intensiv texnologiya əsasında bildirçinlərin bəslənməsi, müasir şəraitdə bildirçinlərin yetişdirilməsində 3 mərtəbəli qəfəsli batareyalardan istifadə etməklə yüksək nəticələrin əldə edilməsidir.

Bunlardan əlavə universitetdə qapalı və açıq balıq yetişdirmə laboratoriyası, taxıl və paxlalı bitkilər laboratoriyası, alternativ enerji mənbələri üzrə sahə elmi-tədqiqat laboratoriyası, tədris – təcrübə təsərrüfatları, maşın-traktor parkı kimi maddi-texniki vasitə­lərlə təchiz edilmiş mərkəzlər fəaliyyət göstərir. Bütün bu maddi-texniki təchizat və elmi-pedaqoji heyyətin potensialından daha səmərəli istifadə etməklə  ADAU nəzdində aqroparkın təşkil olunması məqsədə uyğun olardı. Qeyd edildiyi kimi bu sahədə qanunvericilik hazırlanmış, Şəmkir şəhərində aqropark təşkil edilmişdir. Bu istiqamətdə dünya təcrübəsini və, bir çox xüsusiyyətlərinə görə Azərbaycana bənzəyən Türkiyə Cümhuriyyətinin də təcrübələrini nəzərə alaraq ən əlverişli coğrafi mövqeyə və təşkilati-idarəetmə strukturuna malik aqroparklar qurulmasının səmərəli olacağını düşünürük.

Müəllif: Fərrux Rəhimov
Azərbaycan Dövlət Aqrar Universitetinin “Menecment və aqrar marketinq” kafedrasının asistenti

Xaricdə aqroparklar təcrübəsi ilə tanış olmaq üçün bu məqaləyə baxa bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика