Nanə bitkisinin əkilmə və toplanılma qaydaları

Nanə gözəl qoxusu, təravəti və dadı ilə insanların ən sevimli ləzzətlərindirici bitkilərindən biridir. Bu bitki şorbada, bir çox yeməklərə, yayda sərin limonada möhtəşəm bir ləzzət verir.

Bu məqaləmizdə sizə təbii üsullarla və asanlıqla nanə yetişdirmək üçün bir neçə praktik məlumat verəcəyik. Bir az diqqət və qayğı ilə evinizdə, həyətinizdə  asanlıqla nanə yetişdirə bilərsiniz.

agroexpert.az nanə
Nanə nə vaxt əkilir?

Nanə üçün ən yaxşı əkin və böyümə vaxtı bahar mövsümüdür. Hava istiliyi normala dönməyə və kifayət qədər istiləşməyə başlayanda nanə əkiminə başlaya bilərsiniz.

• Nanə necə çoxaldılır?

Ən asan yol hazır təzə nanənin budaqlarından istifadə edərək çoxaltmaqdır. Çoxaltma üçün 6-8 sm uzunluğunda nanə budaqları əkilib istifadə olunur. Nanə budaqlarının ayrılma hissəsindən təxminən 1 sm yuxarıda qayçı ilə kəsilir. Yarpaqlar budaqların yuxarı hissələrində qalmaq şərtilə sadəcə alt hissələrdə təmizlənir. Hündür bir şüşə fincan təmiz su ilə doldurulur, üstü kağız və ya salfet ilə örtülür. Kağızın üzərində nanənin çıxa bilməsi üçün deşik açılır və nanə içinə qoyulur. Su azaldıqda, bütün gövdəsini örtmək üçün su əlavə olunur və ağ köklər əmələ gəldiyində əkilə bilər.

• Nanə bir dibçəkdə necə əkilir?

Nanə əkilməsi üçün diametri 30-40 sm və dərinliyi 20-25 sm olan bir plastik qab və ya dibçəkdən istifadə edilə bilər. Qutudan istifadə ediləcəksə, suyun axması üçün altında bir deşik açılmalıdır. Əkin üçün qidalandırıcı maddələrlə zəngin torpaqdan istifadə etmək lazımdır.

nanə yetişdirmək agroexpert.az

• Təzə nanəni necə əkmək lazımdır?

Suda saxlanılan budağın üzərində köklər əmələ gəldikdə əkilməyə hazırdır. Dibçək 15-20 sm-ə qədər torpaq ilə doldurulur və orta hissəsində 5-6 sm dərinliyində çuxur qazılır. Köklər bitkinin gövdəsi üstə qalmaq şərtilə torpaqla örtülür. İnkişafına görə dəstək çubuqları da yerləşdirilə bilər.

• Nanə baxımı necə olmalıdır?

Nanə həmişə nəm olmalıdır, xüsusilə də təzə əkildikdə. Quruduqca suvarma nanəyə zərər verməyəcək və qidalandırıcı olacaq. Yarpaqları və kök hissələri çiçəklərdə olduğu kimi bir çiləyici köməyi ilə isladıla bilər. Nanə bitkisi günəşli mühiti çox sevir. Xüsusən səhərdən günortaya qədər olan günəş nanənin yetişməsi üçün çox faydalıdır. Onların heç olmasa pəncərə kənarında minimum 6 saat günəş işığı almasını təmin edin.

Bitkinin yuxarı hissəsində 3-dən çox budaq əmələ gələndə budana bilər. Beləliklə bitki yanlara doğru böyüyəcəkdir.

• Yetişən nanə necə və nə vaxt toplanılmalıdır?

Yazın sonunda nanələr kifayət qədər böyüyübsə, 1/3 hissəsini toplamaq olar. Yenidən toplanılması üçün yarpaqların çoxalması gözlənilir. Bağda və ya çöldə yetişdirdiyinizdə, soyuq mövsümlər başlamazdan əvvəl toplanmalıdır. Torpağın altındakı köklər zərər görmədiyi üçün sonrakı illərdə yenidən nanə verəcəklər. Bundan istifadə edin və evinizdə nanə yetişdirin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика