Nar bağının salınması – I mərhələ

Nar çox illik, kol formasında çox qüvvətli kök sisteminə malik bir bitkidir. Ağac çox gövdəli və sıx budaqlıdır. Çiçəkləri erkək və dişi olaraq kürə şəklində iri bir meyvəsi var. Nar C vitamini dəmir, kalium ilə zəngin meyvədir. Dadı şirin, turşa-şirin, turş olur. Bitkinin uyğunlaşma xüsusiyyəti çox yüksəkdir. Əsasən tropik, subtropik iqlim qurşağında yetişsə də, -10˚C də yetişə bilir. Müxtəlif iqlim qurşaqlarında yaşadığı üçün becərilməsi rahatdır. Meyvənin budağında uzun zaman qala bilməsi və anbarda mühafizə edilə bilməsi ticarət üçün əlverişlilik yaradır.

Nar fidanlarının torpaq tələbatı
nar bağının salınması agroexpert.az

Nar ağacları torpağa görə elə də seçici deyil. Xüsusilə silisiumli, çınqıllı, qumlu, əhəngli, gilli və ağır gilli müxtəlif torpaq tiplərində nar yetişdirmək mümkündür. Qələvi və turşu tərkibli torpaqlarda da böyüyür. Orta dərəcə duzluğa davamlıdır. Bəzi meyvələrdən fərqli olaraq həddindən artıq nəm torpaqlarda inkişafı mümkündür.  Narın optimal inkişafı quru və isti hava şəraitində olmasına baxmayaraq nəmli və sərin torpaqlarda da yetişdiyi məlumdur.

Nar ağacının becərilməsi. Nar növləri seçimi

Yetişdirilməsində növlərin seçimi çox vacibdir. Növün o bölgəyə, o ərazinin iqliminə uyğunlaşmış, xəstəlklərinə dözümlülüyü, məhsuldarlığı, meyvələrin dadı və görünüşü,ən əsas da daşınılmağa dözümlü olması vacibdir. Növlərin seçimində ticarət məqsədi ilə süfrəlik və ya sənaye üçün olmasına qərar verilməlidir. Həm də bu növlərin meyvələrinin iriliyi, qabıq rəngi, qalınlığı, dənələrinin rəngi, tumunun yumşaq olmağı, sulu olması kimi xüsusiyyətlərin olması şərtdir.

Unutmyaq ki, ticarət üçün ölkə daxilinə və ya xaricə satışı əvvəlcədən qərarlaşdırılmalıdır. Hətta avropa ölkələri üçün qabığı və dənələri qırmızı, turşa-şirin nar növləri seçilir. Ərəb ölkələri üçün isə şirin narlar məsləhətlidir.

Bundan əlavə nar suyu və ya nar turşusu hazırlamaq üçün qırmızı dənəli və turş narlar seçilir.

nar bağlarından
Nar bağının salınması

Bağ yerinin təyin olunması, torpağın nar yetişdiriciliyinə uyğun olmasına qərar verildikdən sonra seçilir. Əsas torpaq hazırlığı yaz aylarında şumlanaraq başlanır. Şümlandıqdan sonra düzəldilir. Payızda 40-60 sm dərinlikdə əkin çuxurları açılır.Üst qata yanmış heyvan gübrəsi qatılaraq quyular doldurulur. Yabanı otlar təmizlənir. Torpaq əkinə hazırlanır. Nar ağacları arasında məsafə 2-6 m aralığında dəyişir. Sıralar əsasən şərq-qərb istiqamətində olur. Bu yaxşı günəş qəbulunan və havalandırmağa təsir edir. Nar bağı qələm narla və ya köklü fidanlarla salına bilər. Amma köksüz qələmlərin kənarda kök atılaraq salınması daha məsləhətlidir.

Nar fidanları payızda xəzandan sonra başlanılıb həm qış aylarında, həm yaz başlanğıcında əkilə bilər. Qışı soyuq olmayan ərazilərdə payız əkimi daha faydalı olur.

Zəif tumurcuqlar çıxarılır, çox uzun köklər qısaldılır. Kök uzun deyilsə və zəif inkişaf edibsə, əkildikdən dərhal sonra 2-3 yerdən kəsilir və növbəti il üçün güclü tumurcuq əmələ gətirilir. Sonra daha əvvəl torpaq – gübrə qarışığı doldurulmuş yerdən fidanın kökünün hamısı torpaq içində qalacaq şəkildə çıxarılır. Fidan yerləşdirilib və eyni torpaq gübrə qarışığı ilə yenidən doldurulur.

Fidanın əkildiyi torpaq ayaqla yaxşıca basılır. Çox küləkli bölgələrdə hazırlanmış dəstək fidana çarpaz şəkildə bağlanır. Yaxşı bir nar fidanında kök sistemi güclü olmalıdır.

Nəhayət, əkin prosesi fidanlara su verməklə tamamlanır, torpaq yaş və hava yağışlı olsa belə bu can suyu( ilk su) verilməlidir.

Nar bağının salınması mövzusunun davamı növbəti məqaləmizdə olacaq.

Bağçılıq haqqında digər məqalələri buradan əldə edə bilərsiniz…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика